17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
SOSİAL MÜDAFİƏ FONDU QƏBƏLƏDƏ QƏBUL GÜNÜ KEÇİRƏCƏK
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qəbələ rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
"EMTV.az" xəbər verir ki, Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 16 dekabr 2015-ci il tarixdə, saat 11:00-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Ağdaş, Göyçay, Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Qəbələ rayon şöbəsində (02420) 5-06-99
Ağdaş rayon şöbəsində (02023) 5-50-28
Göyçay rayon şöbəsində (02027) 4-21-35
Ucar rayon şöbəsində (02021) 3-01-17
Qəbulda iştirak edəcək vətəndaşların dekabrın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.