17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAZİR ÖZ MÜAVİNİ İLƏ QUDA OLUR! – “Böyük toy”a hazırlıq var!
Son illər Azərbaycanda yüksək vəzifəli şəxslər arasında qohumluq əlaqələrinin artması müşahidə olunur. Nazirlər, məmurlar bir-birindən qız alıb-verməklə, həm aralarındakı münasibətləri möhkəmləndirir, həm də bir növ təsir dairələrini, çevrələrini genişləndirirlər. Ona görə də, hökumətdə yüksək vəzifə tutan qudaların sayı kifayət qədərdir.
Yerli mətbuata verilən məlumata görə, bu yaxınlarda yüksək vəzifə tutan qudaların siyahısına daha bir cütlük əlavə olunacaq. Belə ki, vergilər naziri Fazil Məmmədov öz müavini Namiq Əliyevlə quda olmağa hazırlaşır.
Məlumata görə, bir qədər əvvəl Fazil Məmmədovun qızı ilə Namiq Əliyevin oğlu nişanlanıb. Cütlüyün toylarının yay aylarında olacağı gözlənilir.
Namiq Əliyevin oğlunun əsasən Londonda yaşadığı və orada bizneslə məşğul olduğu bildirilir.
Fazil Məmmədovun qızının isə nazirin ailə holdinqi kimi tanınan “Synergy Group” Şirkətlər Qrupuna rəhbərlik etdiyi qeyd edilir. Yeri gəlmişkən qeyd edək ki, “Synergy Group”un rəsmi veb səhifəsində Şirkətlər Qrupunun icraçı direktoru haqda məlumat verilsə də, baş direktoru və rəhbərlikdəki digər şəxslərlə bağlı hər hansı məlumata rast gəlmək mümkün deyil.
Qeyd edək ki, məlumatlı dairələr Fazil Məmmədovun öz müavini Namiq Əliyevlə qohumluğunun onların hər ikisinin daha da güclənməsinə səbəb olacağı qənaətindədir. Əlbəttə, nazirlə, həm də Fazil Məmmədov kimi son illər güclənmiş bir nazirlə qohumluğun xüsusən Namiq Əliyevun mövqeyini möhkəmləndirəcəyi şübhəsizdir.
Ancaq nazirin də bu qohumluqdan güc qazanacağını deyənlər yanılmırlar. Məsələ ondadır ki, vergilər nazirinin müavini Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır.
Nəcməddin Sadıkov isə, məlum olduğu kimi, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bibisi oglu Altay Məmmədovla qudadır.
Bu baxımdan yeni qohumluğun Fazil Məmmədovun hakimiyyətdə son illər güclənmiş mövqelərini bir qədər də möhkəmləndirəcəyi gözlənilir.
Nə deyirik, Allah xoşbəxt eləsin!
Emtv.az/L.Xubyarzadə