18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda müəllimənin dəhşətli qətli ilə bağlı YENİ MƏLUMAT
Bu gün Lənkəran rayonunun Səpnəkəran kəndində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Emtv.az lent.az-a istinadən xəbər verir ki, 48 yaşlı həyat yoldaşı Maygül Əliyevanı küt alətlə amansızlıqla öldürən 49 yaşlı Rüfət Əliyev hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Bildirilir ki, ailənin 2 övladı var. M.Əliyevanın qızı bir müddət əvvəl ailə həyatı qurub, oğlu isə Sumqayıtda ali təhsil alırmış. Dünən axşam babasıgildə qalan oğlanın yaz tətili başa çatıb. O, səhər saatlarında əşyalarını toplayaraq Sumqayıta yola düşmək üçün evlərinə gəlib. Qapını açdıqda isə anasının qan içində qalmış meyitini aşkarlayıb. Məlum olub ki, Rüfət Əliyev həyat yoldaşının başına küt alətlə zərbələr endirdikdən sonra qaçıb.
Qeyd edək ki, M.Əliyeva ibtidai sinif müəllimi olub. Onun həyat yoldaşı isə əsəb xəstəliyindən bir neçə dəfə müalicə olunub. R.Əliyev qısqanclığı səbəbindən əvvəllər evdə bir neçə dəfə dava-dalaş salıbmış.
Emtv.az