SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

BAKIDA DƏHŞƏTLİ QƏTL

22-12-2015, 12:33 | Oxunub: 9 419 |

BAKIDA DƏHŞƏTLİ QƏTL
Bu gecə Bakının Nizami rayonunda törədilmiş qətllə bağlı bəzi məqamlar aydınlaşıb.
"EMTV.az" xəbər verir ki, Keşlə qəsəbəsində 37 yaşlı Xəlilov Vüsal Ələkbər oğlunun başı kəsilib. Hadisə əslən Gəncədən olan Vüsal Xəlilovun kirayədə yaşadığı evdə baş verib. Hadisə zamanı onun həyat yoldaşı və övladı da evdə olub. Amansız cinayət onların gözü önündə törədilib.

Vüsal Xəlilovun atası Ələkbər Xəlilov Gəncə Texnologiya Universitetində, anası isə Gəncədəki 44 saylı orta məktəbdə müəllimdir. Vüsalın özü ailəsi ilə Bakıya köçüb və "28 Mall" ticarət mərkəzində paltar ticarəti ilə məşğul olmağa başlayıb.

Vüsal Xəlilovun həyat yoldaşı əməliyyatçılara bildirib ki, kirayədə yaşadıqları evin ətrafında bir neçə gündür şübhəli adamlar görürmüş. Amma, qətlin hansı səbəbdən törədildiyi məlum deyil. Hadisə ilə bağlı başqa bir maraqlı məqam ondan ibarətdir ki, iki gün əvvəl Vüsal Xəlilovun bacısının həyat yoldaşına da hücum olub. Gəncədə valyutadəyişmə məntəqəsi sahibi olan 1971-ci il təvəlüdlü Kəmaləddin Əliyev işlədiyi obyektdən çıxaraq avtomobilinə əyləşmək istəyərkən iki nəfərin hücumuna məruz qalıb. Onlar Kəmaləddin Əliyevin başına zərbələr endiriblər və içərisində 25 min manat olan çantasını aparıblar.

Qohumlara qarşı iki cinayətin bir-biri ilə əlaqəsinin olub-olmadığı barədə hələlik heç bir məlumat yoxdur. Araşdırmalar davam etdirilir.

*****

01:44

Bakının Nizami rayonu ərazisində qətl hadisə törədilib. Mətbuatın məlumatına görə, hadisə Keşlə qəsəbəsində törədilib.

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Vüsal Xəlilov Sabir küçəsində kirayədə yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs onun boğazına bıçaq xəsarəti yetirib. O, aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.

Vüsal Xəlilov Bakıdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olurmuş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR