17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BƏRDƏ RAYONUNDA DƏHŞƏTLİ QƏTL
Səhər açılmamış həyat yoldaşından ona çay verməsini tələb edib
"EMTV.az" xəbər verir ki, dünən Bərdə rayonunda törədilmiş qətlin səbəbi məlum olub. Tumaslı kəndində yaşayan 35 yaşlı Zülfüqar Rəhimov həyat yoldaşı, 30 yaşlı Gülnaz Rəhimovanı onaçay vermədiyi üçün öldürüb. Belə ki, dünən səhər saat 6 radələrində yuxudan oyanan Z.Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı oyatmağa çalışıb və ona tez çay verməsini tələb edib. Qadın isə səhərin hələ açılmadığını deyib və həyat yoldaşından bir az gözləməyi xahiş edib. Bu səbəbdən də Z.Rəhimov özündən çıxıb və tez bıçağı götürərək, yataqda yarıyuxulu vəziyyətdə olan həyat yoldaşına zərbələr endirib. Boynundan və döş qəfəsindən ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, keçinib.
Məlumata görə, Z.Rəhimov işsizdir və hadisəni spirtli içkinin təsiri altında törətməyib. O, psixi xəstə kimi bir müddətdir, müalicə olunurmuş.
Ailənin 3 övladı qalıb.
Qeyd edək ki, qətl hadisəsi törədilərkən Z.Rəhimovun valideynləri evdə olub və onlar yaralı vəziyyətdə olan gəlinlərini xəstəxanaya çatdırıblar. Daha sonra isə valideynləri hadisədən sonra evdən qaçan övladlarını taparaqpolisə təslim veriblər.
Qeyd edək ki, oxşar hadisə 2 gün əvvəl Füzuli rayonunda da baş verib. Araq almaq üçün həyat yoldaşından pul istəyən Bala Bəhmənli kənd sakini, Gəncəvi Sadıqov daha sonra onu öldürüb.