SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Etibar Pirverdiyevin nazarətində olan zavodda fəhlələrə, sıravi işçilərə hec bir hörmət qoyulmur

27-03-2017, 14:23 | Oxunub: 9 356 |

Etibar Pirverdiyevin nazarətində olan zavodda fəhlələrə, sıravi işçilərə hec bir hörmət qoyulmur
Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin nazarətində olan zavodda fəhlələrə, sıravi işçilərə hec bir hörmət qoyulmur. Belə ki, yetərsiz idarəetmə ve kadr siyasəti, anormal əməkhaqqı, qanunların saya sayılmaması fəhlələrin səbr kasasını daşırmaq üzrədir.

Texnoparkın lazımlı maliyyə sənədlərinin çoxu məhv edilib. Törəmə şirkətlər vasitəsilə büdcə vəsaitləri yoxa çıxarılır.

Sumqayıt Texnologiyalar Parkı (STP) ilə bağlı son zamanlar müxtəlif səpkili informasiyalar dolaşmaqdadır. Məsələn, bununla bağlı verilən bilgilərdə qeyd olunur ki, STP-də ciddi nöqsanlar müşahidə olunur, işçilərin əmək haqlarının vaxtlı-vaxtında almasında problemlər yaşanır, eyni zamanda digər bir sıra əyrintilərə də imza atılır.

Bu və digər önəmli məqamlarla bağlı əldə edilən bilgiləri nəzərinizə çatdırmazdan öncə cumhuriyyet.az olaraq STP haqda qısa məlumat vermək istərdik. Sumqayıt Texnologiyalar Parkı 6 aprel 2012-ci ildə Vergilər Nazirliyində “Sumqayıt Texnologiyalar Parkı” MMC kimi qeydiyyatdan keçib. Vergilər Nazirliyinin 6 aprel 2012-ci il qeydiyyat məlumatında “Sumqayıt Texnologiyalar Parkı”nın sahibinin adı da göstərilib.

“AZENCO GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti. Texnoparkın icraçı direktoru Sahib Musayev olsa da, burdakı bütün işlərə nəzarət “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev tərəfindən həyata keçirilir. Hər halda son vaxtlara qədər belə olub. İşcilər də “STP”-nin rəhbəri kimi Etibar Pirverdiyevi tanıyırlar. Hətta cumhuriyyet.az olaraq xatırladaq ki, bir ara mətbuata şikayət edən işçilər Texnoparkdakı sexlərdən birinə rəhbərlik edən Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovun özünü bütün zavodun ağası kimi apardığını bildirmişdilər.

Həmçinin mediada yer alan məlumatlarda bildirilir ki, cəmiyyət sədrinin ailə üzvlərindən bir neçəsi texnoparkda mühüm vəzifə tutsalar da, işə getmirlər:
“Məsələn, onun qızı Dünya xanım Pirverdiyeva STP-də söbə müdiridir. Ona ayda filan qədər maaş yazılır, ancaq buna baxmayaraq, işə gəlmir. Biznesin inkisafı idarəsinin rəisi Cəmil Qasımov Etibar Pirverdiyevin qızının tələbə yoldaşı olub. İxtisasca hüquqşünasdır. Ona vəzifə verməkdən ötrü xüsusi idarə yaradıblar. O hazırda Biznesin İnkişafi İdarəsinə rəhbərlik edir. Bundan başqa, Ağır Maşınqayırma Zavodunun gənc direktoru Rzabəy Məmmədov da ASC sədrinin yaxın adamı hesab olunur. Bu şəxslər Sumqayıt Texnologiyalar Parkında özlərini çox yüksəkdən aparır, sıravi işçilərə yuxarıdan aşağı baxırlar. Belə insanların məsuliyyətli vəzifələrə qoyulması texnoparkın fəaliyyətində problemlərin əmələ gəlməsinə səbəb olub. Texnoparkın icraçı direktoru Sahib müəllim ASC sədrinin özbaşına işlərə imza atan adamlarına heç bir irad tuta bilmir. Belə olan təqdirdə çanaq yenə də işçilərin başında çatlayır. Bu insanların qanundan kənar əməllərindən əziyyət çəkən işçilərdir”.

Amma problemlər bununla bitmir. Bir neçə vaxtdır ki, Sumqayıt Texnologiyalar Parkının fəhlələri tərəfindən mediaya daxil olan ərizə və şikayətlərə görə, bir müddətdir ki, müəssisədə maliyyə problemləri yaşanmağa başlayıb, maaşların gecikdirilməsi artıq xroniki hal alıb. Bu günədək dəfələrlə ictimailəşən və hər hansı bir rəsmi təkzib, yaxud izahat verilməyən bu şikayətlərdən bəzisini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:

“Heç bir tutarlı səbəb göstərilmədən işdən çıxarılan şəxslər bildirirlər ki, ötən ilin yay aylarında 300-ə yaxın işçi STP-dən çıxarılıb. Bəhanə kimi isə əmək müqaviləsinin bitməsi göstərilib. Zavod rəhbərliyi STP-ni Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) etdirdikdən sonra işçilərlə daha da sərt rəftar edir. Belə ki, zavod rəhbərliyi işçilərlə çox kobud davranır. Müqaviləyə əsasən işçilər həftənin beş gününü işləməlidirlər, lakin rəhbərlik bizi altı gün işlədir. Bununla kifayətlənməyən Sumqayıt Texnologiya Parkının rəhbərliyi fəhlələrin geyiminə və zahiri görünüşünə də müdaxilə edir. Müdiriyyət zavodun mühafizəçilərinə tapşırıb ki, işçilər saqqalla işə buraxılmasın. Bu cür təzyiqlərlə üzləşən işçilər dəfələrlə zavod rəhbərliyinə şikayətlərini bildirsələr də onlara müsbət cavab verən olmayıb. Fəhlələrin ən çox narazı qaldığı şəxs isə STP-nin rəhbəri, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovdur. O, zavodun “maşınqayırma” adlanan sexinə rəhbərlik edir, lakin özünü bütün zavodun sahibi kimi aparır. Deyilənlərə görə, Zeynal Yunusov fəhlələri aşağılayır, onlara əlavə problemlər yaradır”. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin nazarətində olan zavodda fəhlələrə, sıravi işçilərə hec bir hörmət qoyulmur. Belə ki, yetərsiz idarəetmə ve kadr siyasəti, anormal əməkhaqqı, qanunların saya sayılmaması fəhlələrin səbr kasasını daşırmaq üzrədir”.

Sumqayıt Texnologiyalar Parkında dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyini bildirən məlumatlı şəxs qeyd edir ki, bunun məsuliyyəti Etibar Pirverdiyevin və onun yaxın adamlarının üzərinə düşür, büdcə vəsaitlərinin mühüm hissəsi bir qrup şəxsin cibinə səmtləndirilir:
“Texnoparkın lazımlı maliyyə sənədlərinin çoxu məhv edilib. Törəmə şirkətlər vasitəsilə büdcə vəsaitləri yoxa çıxarılır. Aidiyyəti dövlət qurumları burda araşdırma aparsalar, o qədər qanunsuzluq üzə çıxar ki. Sadəcə, Etibar Pirverdiyev buna imkan vermir. Hesablama Palatası və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmiləri STP-də dəfələrlə yoxlama aparıb qanun pozuntularını aşkara çıxarıblar. Lakin STP rəhbərliyi sonradan onları ələ almağı bacarıb. Beləliklə, adı çəkilən qurumların nümayəndələri üzə çıxardıqları nöqsanları ört-basdır ediblər”

Emtv.az/Seymur Rəhimov

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR