17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Pirverdiyevin halqası daraldı: “Azərenerji”nin bu şöbələrində ixtisarlar gedir - Özəl siyahı
“Azərenerji” ASC-nin xidmət şöbələrində struktur islahatları başlanır
Yerli mətbuata ASC-dəki qaynaqdan daxil olan xəbərə görə, məqsəd qənaət rejimini artırmaqdır.
Rabitə və SCADA avadanlıqları xidməti, Texniki istehsalat şöbəsi, Əsaslı tikinti şöbələrində ixtisarlar gözlənilir. Qurumun bu şöbələrində ixtisarlar şöbələrin birləşdirilməsi hazırlığı ilə əlaqədardır.
Məlum olduğu kimi, “Azərenerji” ASC müstəqil qurum deyil. Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinə qərar verilib.
O cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsi üçün ölkə başçısı tərəfindən tapşırıq verilib.
Artıq müstəqil qurum olmayan Etibar Pirverdiyevin ASC-si fəaliyyətini getdikcə məhdudlaşdırmalı olur. Pirverdiyevin ətrafındakı halqanın daralması həm siyasi, həm iqtisadi proseslərə bağlıdır.
Əslində, bununla Azərbaycanın kifayət qədər geniş maliyyə və biznes imkanlarına malik olan oliqarx-məmurlarından biri Etibar Pirverdiyevə ağır zərbə "vurulub". Yerli mətbuata ASC-dəki qaynaqdan daxil olan xəbərə görə, Pirverdiyev kifayət qədər zəiflədilib.
İki-üç il əvvələdək sürətlə böyüyən biznes imperiyasına, ciddi gəlir qaynaqlarına malik olan "Azərenerji" prezidenti son vaxtlar müxtəlif biznes sahələrindən kənarlaşdırılmaqda, iri həcmli dövlət investisiya layihələrindən uzaq tutulmaqdadır.
Bu da onun maddi kapital etibarı ilə çökməyə başladığını göstərirdi. Təcrübə isə göstərir ki, maliyyə baxımından zəifləyən və ya zəiflədilən məmurlar bir qayda olaraq, çox keçmədən tutduqları postu da itirirlər. Belə məlumatlar var ki, əslində səlahiyyətlərinin azaldılması Etibar Pirverdiyevə qarşıf son zərbə deyil.
Bildirildiyinə görə, "Azərenerji"yə uzun illər rəhbərlik etmiş Pirverdiyevin milyardlarla manat dövlət vəsaiti və xarici kreditləri ölkənin enerji sektorunun inkişafına yönəltmək əvəzinə öz şəxsi biznes imperiyasının formalaşmasına yönəltməsinin bütün çılpaqlığı ilə ortaya çıxması ona qarşı hökumət çevrələrinin etimadını kəskin sarsıdıb. Odur ki, növbəti mərhələdə "Azərenerji" prezidentinin görəvini tamamilə itirəcəyi istisna edilmir.
Emtv.az