17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Samir Şərifov Rövnəq Abdullayevdən tələb etdi
“Qazın qiymətinin artırılmasına SOCAR rəhbəri Rövnəq Abdullayev və onun əməkdaşları aydınlıq gətirməlidir”
Yerli mətbuat xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov parlamentdə komitələrin birgə iclasında 2017-ci il büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı fikirlərə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, qazın qiymətinin qaldırılması ilə bağlı SOCAR çıxış edib və bu məsələyə də daha çox şirkətin rəhbəri Rövnəq Abdullayevlə onun əməkdaşları aydınlıq gətirəsə, daha yaxşı olar.
“SOCAR hesab edir ki, qaz hasilatının 50 faizini onlar, yerdə qalanını isə pay bölgüsünə uyğun olaraq xarici şirkətlərdən xarici valyuta ilə alırlar. Manatın ucuzlaşması fonunda qazın maya dayəri bahalaşır və şirkətin gəlirləri azalır. Bu gün SOCAR anacaq öz xərclərini güclə ödəyir. Manatın ucuzlaşamsı fonunda qiymətin artımını labüd edir”- deyə nazir bildirib.
Elektrik enerjisinin qiymətinin qaldırılmasına gəldikdə isə nazir deyib ki, “Azərenerji” ölkədə stansiyalar tikdiyindən ölkəyə böyük miqdarda kredit cəlb edib və indi o kredit borclarını qaytarmaq lazımdır.
“Onların da qiymətlərin qaldırılması ilə bağlı arqumentləri var. Onu da deyim ki, hələ iki il öncə hökumət “Azərenerji”nin xarici borclarının 40 faizinin ödənilməsini öz üzərinə götürdü. Belə gedərsə, “Azərenerji”nin qalan borclarını da dövlət büdcəsi-hökumət öz üzərinə götürəcək”.
Emtv.az