18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanlı oliqarx fəhlələrin maaşlarını ödədi
Neftçalada fəaliyyət göstərən “Ekoloji Maarifçiliyə Yardım” İctimai Birliyin sədri Tanrıverdi Hüseynovun virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, artıq bu gün zavod fəhlələrinin yanvar ayına olan əmək haqqı borcları ödənilib, fevral ayının maaşları isə 3 gündən sonra, mart ayının 17-də ödəniləcək.
Xatırladaq ki, ötən gün səhər saatlarında zavodun 220 nəfərə yaxın fəhləsindən 150 nəfərə yaxını iş yerlərinə getməyib zavodun həyətinə toplaşaraq bayram ərəfəsi olduğu üçün dekabr ayından bəri ödənilməyən əmək haqlarını tələb etmişdilər. Onlar zavodun işi iflic olmasın deyə, zəruri istehsalat sahəsində olan həmkarlarını iş yerlərində saxlasalar da, aksiya 4 saata yaxın çəkmişdi.
“Azəryod” MMC-nin texniki direktoru Elşən Sultanov narazı fəhlələrlə görüşərək zavodun iqtisadi durumunun ağır olduğunu bildirmiş və gecikmiş əmək haqlarının 3 gün ərzində ödəniləcəyinə rəhbərlik adından söz vermişdi. Onu da qeyd edək ki, Neftçala “Azəryod” MMC Rusiyada yaşayan məşhur iş adamı , milyarder İsgəndər Xəlilova məxsusdur. Zavod texniki və kristallaşmış yod istehsal edir.
Emtv.az/L.Xubyarzadə