SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda “Made in Azerbaijan” brendinin tətbiqi ilə bağlı seminar keçirilib

10-03-2017, 11:25 | Oxunub: 8 405 |

Naxçıvanda “Made in Azerbaijan” brendinin tətbiqi ilə bağlı seminar keçirilib
Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssisələrin sahibkarları üçün ixracda təşviqlərin verilməsi, “Made in Azerbaijan” brendinin mahiyyəti və onun tətbiqi mexanizmləri barədə seminar təşkil olunub.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, seminar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə keçirilib.

Seminarda fondun vitse-prezidenti Yusif Abdullayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 1 mart tarixli “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı, eləcə də ölkə rəhbərinin 2016-cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilən “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” sahibkarların xaricə mal ixracını asanlaşdırmaqla yanaşı, onlara dövlət tərəfindən hərtərəfli təminat yaradıb.

Qeyd olunub ki, bu sahədə muxtar respublikada da ardıcıl tədbirlər görülür, sahibkarlar üçün əlverişli şərait yaradılır. Sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikadan xarici ölkələrə məhsul ixracı genişlənir, şirkətlər öz məhsullarını beynəlxalq arenada nümayiş etdirirlər.

Vurğulanıb ki, bugünkü seminarın da əsas məqsədi xaricə mal ixrac edən sahibkarlara qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və təşviqi üçün dəstək mexanizmləri və “Made in Azerbaijan” brendinin mexanizmləri ilə bağlı yenilikləri çatdırmaqdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İxracın təşviqi departamentinin direktoru Fuad Cəfərov qeyri-neft məhsullarının ixracatçılarına ixrac təşviqinin verilməsi proseduru, müraciət qaydaları və tələb olunan sənədlər barədə ətraflı söhbət açıb.

Seminarda “Made in Azerbaijan” brendinin mexanizmlərinin mahiyyəti və tətbiqi haqqında məsələlər də müzakirə edilib.


Naxçıvan Muxtar Respublikasında ixracda təşviqlərin tətbiq edilməsi, “Made in Azerbaijan” brendinin dəstək mexanizmlərindən istifadə imkanları ilə bağlı görülən işlər və perspektivlər barədə iştirakçılara məlumat verilib.

Sonda sahibkarların mövzu ilə bağlı sualları cavablandırılıb, təkliflər dinlənilib.

Emtv.az

Paylaşdı: L.Xubyarzade

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR