SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Masallıda beş gündə 4 minə yaxın rayon sakini tibbi müayinədən keçib-Foto

22-02-2017, 14:43 | Oxunub: 8 654 |

Masallıda beş gündə 4 minə yaxın rayon sakini tibbi müayinədən keçib-Foto
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın respublika ərazisində uğurla reallaşdırılması vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, fevralın 15-dən başlayan vətəndaşların kütləvi pulsuz tibbi müayinə aksiyası Masallı rayonunda da uğurla davam edir.

Əhalinin tibbi müayinələri Masallı Rayon Mərkəzi Xəstəxanasında, Boradigah və Kalinovka sahə xəstəxanalarında, 30 həkim və 28 tibb məntəqəsində təşkil olunub. Bundan əlavə, səyyar tibbi briqadalar müayinəyə gəlmək imkanı olmayanlara xidmət göstərir. Tibbi müayinələr zamanı xəstəliyi müəyyən olunan sakinlər stasionar və ambulator müalicəyə cəlb edilir, ehtiyac yarandıqda isə Bakının ayrı-ayrı sağlamlıq ocaqlarına göndərilirlər.

Cərrah Xəqani Şahmarov bildirib ki, insanların sağlamlığı son dərəcədə vacibdir. Müraciət edənləri dəqiq yoxlamalıyıq ki, sonralar onların səhhətlərində problem yaranmasın. İnsanların sağlamlığı onun cəmiyyətdə mövqeyi, fəaliyyəti, işgörmə qabiliyyəti, ovqatı üçün böyük şərtdir. Bu qayğını isə vətəndaşlara Prezidentimiz, dövlətimiz göstərir.

Rayon sakinləri humanitar aksiyadan razı olduqlarını bildiriblər.

Seybətin kənd tam orta məktəbin direktor müavini Əlikömək Əliyev deyib: “Bu humanist aksiya alqışa layiqdir. Hər bir Azərbaycan vətəndaşı öz sağlamlığı üçün müraciət edir və ehtiyac olduğu müalicəni alır. Xaricdə böyük vəsait bahasına başa gələn tibbi müayinələr ölkəmizdə pulsuz yerinə yetirilir. Sağlamlığımıza belə qayğı göstərildiyi üçün ilk növbədə, Prezidentimizə minnətdarıq”.

Şəhər 1 nömrəli tam orta məktəbin Əməkdar Müəllimi Mirqabil Hüseynov, Seybətin kənd tam orta məktəbin müəllimi Aytəkin Əzimova da kütləvi pulsuz tibbi müayinələrin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun verdiyi məlumata görə, ötən beş gündə rayonda 4 minə yaxın vətəndaş tibbi müayinədən keçib. Müayinədən keçənlərin 25 nəfəri stasionar, 284 nəfəri ambulator müalicəyə cəlb olunub, 17 nəfəri müalicə üçün Bakının tibb ocaqlarına göndərilib.

EMTV.AZ
Masallıda beş gündə 4 minə yaxın rayon sakini tibbi müayinədən keçib-Foto
Masallıda beş gündə 4 minə yaxın rayon sakini tibbi müayinədən keçib-Foto
Masallıda beş gündə 4 minə yaxın rayon sakini tibbi müayinədən keçib-Foto

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR