SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

ORDUBADDA HUMANİTAR AKSİYAYA START VERİLİB

24-12-2015, 17:30 | Oxunub: 13 878 |

ORDUBADDA HUMANİTAR AKSİYAYA START VERİLİB
Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti Ordubad rayonunda növbəti humanitar aksiyaya start verib.

"EMTV.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan üçgünlük aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 24 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edir. Aksiyanın ilk günü 450 pasiyent profilaktik tibbi müayinə ilə əhatə edilib, cərrahi müdaxiləyə ehtiyacı olan 15 xəstə üzərində LOR, göz və ümumi cərrahi əməliyyatlar aparılıb.

Aksiya zamanı pasiyentlər, həmçinin hematoloji, uroloji, nevroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar. Qeyd edək ki, xəstəxanaya 1000 nəfərdən çox pasiyent müayinə olunmaq üçün müraciət edib. Onların hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi lazımi şərait yaradıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə tibbi xidmət göstərib.

Xatırladaq ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət həkim briqadası bu ilin yanvar ayında Şərur, may ayında isə Ordubad Rayon Mərkəzi xəstəxanalarında əhalini tibbi müayinədən keçirib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR