18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvanlı idmançılar Azərbaycan birinciliyinin qalibi olublar
Bakı şəhərindəki Respublika Olimpiya Mərkəzində yüngül atletika üzrə 16-17 yaşlı oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyində Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 12 nəfərdən ibarət komandası da iştirak edib.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, 13 gün davam edən birincilikdə naxçıvanlı idmançılar uğurla çıxış ediblər. Belə ki, ən yüksək nəticəni qızlar arasında 1500 metr məsafədə Telli Abbasova göstərib. O, finiş xəttini ikinci keçərək Azərbaycan birinciliyində gümüş medal qazanıb. Gülafət Müslümova isə ilk üçlükdə yer almağa müvəffəq olub. O, komandasına bürünc medal qazandırıb.
Ümumiyyətlə, muxtar respublikanın komandası bu nəticə ilə yanaşı, komanda hesabında daha böyük uğur əldə edib. 800 metr məsafəyə estafet qaçışında qızlardan ibarət komanda bütün rəqiblərini geridə qoyaraq ölkə birinciliyinin qalibi olub.
Qalib idmançılara və komandaya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları təqdim edilib.
Emtv.az