17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İcra hakimiyyətləri ləğv olunur?
“Strateji Yol Xəritəsi həm ortamüddətli, həm də uzunmüddətli tədbirləri özündə əhatəli şəkildə əks etdirib. Yol xəritəsinin işlənib hazırlanması 2016-cı ilin ən mühüm nəticələrindən biridir”
Bunu deputat Əli Məsimli yerli mətbuata açqlamasında deyib.
Deputatın fikrincə, nəzərdə tutulan islahatlar davam edəcək: “2016-cı ildə Yol Xəritəsi ilə yanaşı əsas istiqamətlərini həyata keçirməkdən ötrü həm prezident tərəfindən bir sıra vacib fərmanlar və sərəncamlar verildi, həm də Milli Məclis tərəfindən bir sıra qanunlar qəbul edildi.
2017-ci ildə Yol Xəritəsində nəzərdə tutulan, eyni zamanda prezidentin fərman və sərəncamlarında da konkretləşdirilən istiqamətləri həyata keçirmək, islahatları genişləndirmək üçün çox yaxşı bir baza formalaşıb”.
Deputat icra hakimiyyətlərinin ləğvi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda idarəetmənin keyfiyyətinin yaxşılaşıdırılması üçün radikal addımlar atılmalıdır: “Bu məsələyə münasibət bildirmək bir qədər tezdir.
Ancaq radikal addımlar atılmalıdır. Hesab edirəm ki, birinci növbədə bələdiyyə institutunun yerli icra hakimiyyətləri institutundan önə çıxması istiqamətində zəruri proses başlamalıdır.
Çünki indi yerli icra hakimiyyətləri ilə bələdiyyələr arasında münasibətlər sovet dövründəki “Raykom”la “İspalkom”adlanan icrayə komitəsinin münasibətlərindən də çox cılız və səmərəsiz qurulub.
Bir sıra bələdiyyələrin kifayət qədər effektli fəaliyyətini nəzər almaq şərtilə onların statusu və fəaliyyəti genişləndirilə bilər. Bütün dünyada bu sistem özünü doğruldub. Bələdiyyə torpaqlarından istifadə ilə bağlı bir sıra ciddi çatışmamazlıqlar var”.
Emtv.az