17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Prezidentin böhranla inqilabi savaşı
Prezident İlham Əliyev 2017-ci fəaliyyətinə sürətlə başlanğıcla keçid etdi; Dövlət başçısı islahatları gücləndirmək üçün təxirəsalınmaz addımlar atmağa başladı...
“Strateji Yol Xəritəsi”nin qəbul olunması istiqamətində icra işləri, bank-maliyyə sektorunda hərəkətlənmə, valyuta bazarını tənzimləmə müstəvisində çevik qərarlar verildi.
Çevik və səmərəli islahatlar Azərbaycanın qlobal iqtisadi böhrana qarşı əzmli müqavimətini təmin edir. Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Bu gerçəkliyə nəzərən əminliklə demək olar ki, müstəqil Azərbaycanın son illərdə ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər də konkret məqsədlərə yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin nəticəsidir. Azərbaycan kifayət qədər mürəkkəb bir iqtisadi şəraitdə müvazinətini qoruyub saxlayır, qlobal böhranın mənfi təsirlərini aradan qaldırmaq istiqamətində çevik islahatlar aparmaq əzmi nümayiş etdirir.
Dövlət başçısı qlobal böhran şəraitində ölkənin inkişaf prioritetlərini bir daha bəyan etmişdir: “Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi”.
Yerli mətbuat xəbər verir ki, böhranın dərinləşməsinin səbəbləri var.
Beynəlxalq arenada cərəyan edən geosiyasi gərginliklər, hərbi münaqişə ocaqlarının sayının çoxalması və dünya siyasətini diktə etməyə çalışan fövqəldövlətlər arasındakı siyasi ziddiyyətlərin kəskinləşərək yeni “soyuq müharibə” mərhələsinə keçməsi qlobal iqtisadiyyata son dərəcə mənfi təsir göstərərək inkişaf templərini əhəmiyyətli dərəcədə azaldıb.
Lakin ədalət naminə demək lazımdır ki, Azərbaycan ümumdünya iqtisadi böhranından nisbətən az əziyyət çəkən ölkələrdən olmuş, milli valyutamız mənfi meyillərə uzun müddət müqavimət göstərməyi bacarıb.
Bir sıra qonşu ölkələrdə, o cümlədən Rusiya və Qazaxıstanda devalvasiyanın Azərbaycandan xeyli əvvəl həyata keçirilməsi və milli valyutaların “üzən məzənnə” rejiminə buraxılması bunu deməyə ciddi əsaslar verir.
İdarəetmənin təkmilləşdirilməsi tədbirlərinin davamı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev struktur islahatlarının davam etdirilməsini, bir-birini təkrarlayan dövlət qurumlarının ləğvini, dövlətin yaratdığı iri şirkətlərin idarəçiliyində şəffaflığın artırılmasını, ümumən maliyyə intizamının gücləndirilməsini vacib sayır.
Bundan başqa, böhran şəraitində idarəçilik xərclərinin, dövlət dotasiyalarının azaldılması da başlıca məqsədlərdəndir.
Artıq bir neçə ildir ki, Bakı şəhəri də daxil olmaqla, bir sıra rayonlara dövlət büdcəsindən dotasiyaların verilməsi dayandırılmış, onlar özünümaliyyələşdirmə mexanizminə keçiblər. Dövlət başçısı haqlı olaraq digər rayonların da bu mexanizmə keçmələrini, yerli xərclərin daxili gəlirlər hesabına təmin edilməsini vacib sayır.
Ən nəhayət, struktur islahatları çərçivəsində səhmlərində dövlətin payı olan bəzi şirkətlərin özəlləşdirilməyə çıxarılması antiböhran paketinin mühüm hədəflərindən biridir. Daha sonra politika.az qeyd edib ki, özəlləşdirmə prosesi böyük həcmdə yerli və xarici investisiyaların ölkə iqtisadiyyatına axınını təmin edə, eyni zamanda, biznes mühitini yaxşılaşdıra, iqtisadi canlanmanı sürətləndirə bilər.
Emtv.az