17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İlham Əliyev 2017-ci ilə nə ilə gedir? - Pərdəarxası nüanslar
Prezident İlham Əliyev 2017-ci ilə islahatlar paketi ilə gedir; Bu ilin sonunda reformaların operativləşməsi gələn ildən intensivləşməsi ilə müşayiət olunacaq...
Ölkədə iqtisadi vəziyyətin çətinləşməsi dövlət rəhbərliyinin təxirəsalınmaz addımlar atmağa sövq edib.
Azərbaycanın kompleks antiböhran tədbirlər görməsi üçün artıq çiban yetişib. Dolların 2 manata gəlib çatması ondan xəbər verir ki, məzənnə yuxarıya doğru irəliləyir.
Manatın dəfn olunması nəticəsində ölkənin bütün strukturları böhran yaşayır. Yaxın aylarda və 2017-ci ildə neftin bahalaşması da gözlənilmir.
Ölkədə sürətlə kütləvi işsizlik yaşanır, bank və maliyyə sektoru çökür, ticarət sahələrində durğunluqdur, özəl və dövlət sektorunda ixtisarlar baş alıb gedir.
Prezident İ.Əliyevin 2017-ci ili ağrısız və daha dərin böhransız keçirməyimiz üçün islahatlar paketi işə salınacaq. Çünki hakimiyyətin içində də narazılıq baş qaldırmaqdadır.
Bürokatik əngəllərin ləğvi və monopoliyanın tamamilə məhv edilməsi də həmin paketə daxildir. 2017-ci ildə bu planlar tətbiq olunacaq. Əks halda iqtisadi böhranla bərabər addımlayan bu problemlər Azərbaycanı uçuruma apara bilər.
2017-ci ildə dünyada neftin bahalaşmasına ümid yoxdur, ABŞ prezidenti Donald Trampla əlaqədar neftin qiyməti daha da aşağı düşəcək və nəticədə Azərbaycanın gələn ili iqtisadi cəhətdən heç də asan olmayacaq.
Bunu dövlət rəsmiləri və deputatlar da qeyd ediblər. Necə ki 2016-cı ilin çətin keçəcəyi proqnoz olunmuşdu. Fakt göz qabağındadır ki, 11 bank bağlanıb, manat bir az da ucuzlaşıb, maaş verilməsində gecikmələr var, ixtisarlar kütləviləşir.
İ.Əliyevin islahatlar paketi masa üstündədir və mexanizmin işə düşməsi 2017-ci ilə qalıb.
Bu mexanizmin hazırlanmasında prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun da rolu var. Eyni zamanda Nazirlər Kabinetindəki islahatçı qüvvələr antiböhran tədbirlərinin hazırlanmasında iştirak edib.
Gedişat diktə edir ki, təcili addımlar atılsın. Habelə, prezident İlham Əliyev komandasına yenidən baxmağı və onun daxili siyasətində reputasiyasına kölgə salanlarla vidalaşmağı nəzərdən keçirəcək. Emtv.az Politika.aza istinadən bildirir ki, bu köklü kadr islahatlarının davam edəcəyi, bir sıra oliqarxlaşmış nazirlərin başının gedəcəyi xəbər verilir. Son proseslər onu göstərir ki, ölkə başçısı uzun zamandır ki, vəzifədən yapışan yaşlı məmurları yeniləri, gənclərlə əvəz etmək fikrindədir.