17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan muxtar respublikasının 22 kəndində torpaq tədqiqat işləri aparılıb
“Araz” Elm-İstehsalat Birliyinin Aqrokimyəvi Torpaqşünaslıq və kütləvi analiz şöbəsi tərəfindən muxtar respublikanın 22 kəndində aparılan tədqiqat işləri 10 min hektara yaxın sahəni əhatə edib.
Emtv.a Azərtac-a istinadən xəbər verir ki bu faktlar “Araz” Elm-İstehsalat Birliyinin Şahbuz rayon Kiçikoba kəndində “Torpaq münbitliyi bitkiçilikdə məhsuldarlığın artırılmasına təsir edən əsas amildir” mövzusunda keçirdiyi seminar-müşavirədə səsləndirilib.
Seminar-müşavirədə “Şahbuz rayonunun təbii, coğrafi mövqeyi və kənd təsərrüfatı məhsulları istehsalında rolu” mövzusunda Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Məmməd Bayramov çıxış edib. Qeyd olunub ki, seminar müşavirənin məqsədi torpaq mülkiyyətçilərinə məhsulların becərilməsində lazımi izahatların verilməsi, mülkiyyətçilərin maarifləndirilməsindən ibarətdir.
“Araz” Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Bayramov “Səmərəli becərmə texnologiyalarının tətbiqi, bitkiçilikdə məhsuldarlığın artırılması yolları, torpaq xəritələrindən istifadə qaydaları” haqqında mülkiyyətçilərə ətraflı məlumat verib. Qeyd edib ki, bu il 26 kənddə torpaq tədqiqat işləri aparılacaq.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri Oqtay Məmmədov “Torpaqların istismarı və istifadəsi zamanı münbitliyin bərpa edilməsi, torpaqların istifadəsi zamanı tələb olunan dövlət aktları qaydaları” və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Sabir Səfərov “Bitkiçilikdə xəstəliklərlə, zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasının əhəmiyyəti” mövzusunda çıxış ediblər.
Seminarın sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.
Emtv.az