SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Devalvasiya divan tutur: müğənnilərə, studiyalara, şadlıq evlərinə

13-01-2017, 15:27 | Oxunub: 5 899 |

Devalvasiya divan tutur: müğənnilərə, studiyalara, şadlıq evlərinə
İqtisadi böhran sənət adamlarına, səsyazma studiyalarına, toylarda ifa etməyin qiymətinə də təsir edib

Bu barədə yerli mətbuata verilən xəbərə görə, müğənnilərin toy qiymətləri aşağı düşüb, studiyalarda səs yazmaq isə bahalaşıb.

Bu şəbəkənin davamı kimi toylarda tamadalıq və ifaçılıq ucuzlaşıb. Bütün yük və zərər müğənnilərin üzərinə düşüb. 2015-ci ildən başlanan durğunluq və bahalaşma 2017-ci ilin əvvəlində daha da dərinləşib.

Devalvasiya şadlıq evlərini, restoranları da vurub. Paytaxtdakı şadlıq evləri, restoranlar artıq ay ərzində 1-2 toy görəndə sevinclərinin hüdudu olmur. Restoranlardan, şadlıq evlərindən də bunu təsdiq ediblər.

Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir. İnsanlar gündəlik həyatında problemlərin dərinləşdiyini, dolanışığın əzaba çevrildiyini, borcların artdığını və qiymətlərin günbəgün bahalaşdığını hiss etməkdədir.

Bu da cəmiyyətdə bir depressiya, ovqatsızlıq və yeni ilə ümidsizlik yaradıb. İnflyasiyanın pul qazananların gəlirini yediyi, böhranın onsuz da məhdud olan iş yerlərini əjdaha kimi udduğu dövrdə cəmiyyətin büdcədən gözləntiləri birə iki artır.

Yerli mətbuata verilən xəbərə görə, bu vəziyyətdə müğənnilər və restoranlara da özünü sığortalaya bilmir.

Azərbaycanın milli valyutasının üzən məzənnəyə keçməsi, dolların kəskin artması fonunda manatın devalvasiyaya uğraması ölkənin bütün sektorlarına təsir edib.
Müşahidə olunan qiymət artımı artıq şadlıq saraylarının menyularına da yavaş-yavaş ayaq açmaqdadır. Onsuz da baha başa gələn toy qiymətlərinin devalvasiyadan sonra kəllə-çarxa çıxacağını demək elə də çətin deyil.


Belə ki, ötən ilin fevral ayından öncə 10-15 min manata başa gələn toy qiymətləri birinci devalvasiyadan sonra ən azı 10-15 faiz qalxıb. Bu dəfə isə qiymətlərdə azı 30-35 faiz artımın olacağı gözlənilir.

Paytaxtdakı məşhur şadlıq saraylarından birinin administratoru deyir ki, qiymətlərdəki artım onların təklif etdiyi menyuda da öz əksini tapacaq. Amma yenə də başlıca məqsəd toy sahibini bütün hallarda razı salmaqdır.

Vaxtilə tanınmışlar toylarının bol olması, imkanlarının, bahalı maşınlarının varlığı ilə fərqlənməyə çalışırdılarsa, bu gün tanınmış sənət adamları da sıxıntılarını yavaş-yavaş dilə gətirməyə başladılar. Təbii ki, xalqın, cəmiyyətin sosial durumunun zəifliyi birbaşa sənətçilərin gəlirinə də təsirini göstərmiş oldu.

Nəzərə alsaq ki, sənətçilərimizin demək olar ki, əsas gəlir yeri toydu və insanların sosial durumu çətin olduqdan, bu, toylara da təsirini göstərir, onda müğənnilərin nəyə görə sıxıntı yaşadığını anlamaq çətin deyil.

Özlərinə mənəm-mənəm deyən müğənnilər də əslində bu gün həm də bir daha onu öyrənmiş oldular ki, onların toylarının bol olması, ulduz həyatı yaşaması əslində cəmiyyətin yaşayış səviyyəsindən asılıdır.

Yəni xalqın sosial durumu yaxşı deyilsə, dolanışığı aşağı səviyyədədirsə, toylar da azalır, toya dəvət olunan müğənnilər də.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR