17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Deputatın obyektləri yoxlanır: Astan Şahverdiyevin biznesi çökdürülür - ÖZƏL
Deputat Astan Şahverdiyevin obyektlərində yoxlamalar başlanıb
Bu barədə yerli mətbuata daxil olan xəbərə görə, millət vəkilni biznesinin çökdürülməsi və əlindən alınması prosesi gedir.
Deputat bir çıxışı ilə özünü necə bitiribsə, artıq obyektlərinin də yağmalanması müşahidə olunur. Məlumata görə, mandatı ləğv ediləcək millət vəkilinin Müşviqabadda yerləşən dükanlarına vergi yoxlaması gedir.
Millət vəkilinin biznes imperiyasına daxil olan obyektləri da saymaqla bitməz. Təkcə Müşfiqabad qəsəbəsindəki qaçqın şəhərciyində Milli Məclis üzvünün 20-yə yaxın irili-xırdalı obyekti var.
Bunların içərisində ən böyüyü "Qarabağ" market və aptekdir. Parlamentin nümayəndəsi müvafiq qanunlara qətiyyən əhəmiyyət vermir. O günü-gündən biznesini genişləndirir və nəticədə maliyyə imkanlarını daha da artırır.
O, qaçqın şəhərciklərində ticarət obyektləri salıb. Bu obyektləri yaxın qohumlarının adına sənədləşdirib. Halbuki, deputatın bizneslə məşğul olması qanunla qəti qadağandır. Emtv.az daha sonra qeyd edirki, politika.az-a daxil olan xəbərə görə, bəzi hallarda Milli Məclisin tribunasından sahibkarlıq fəaliyyəti ilə məşğul olan məmurları tənqid edən Astan müəllim özü hamıdan çox qanunun tələblərini pozur.
Müşfiqabad qəsəbəsində yerləşən məhəllədə problemlər xirtdəyə dirənib. Cəbrayılın deputatı Astan Şahverdiyev və "Qaçqınkom"da vəzifə tutan Pənah Əliyev burda özlərinə böyük biznes şəbəkəsi yaradıb.
Dövlətə 127, 5 milyon manata başa gələn şəhərcik olduqca bərbad vəziyyətdədir. "Qarabağ" market, gözəllik salonu, kişi salonu, dönərxana, aptek, geyim dükanları da Astan Şahverdiyevin biznes şəbəkəsinə daxildir.
Qəsəbənin giriş hissəsində, başqa sözlə desək, burda yaşayan insanların "kruq" adlandırdığı ərazidə A.Şahverdiyev qeyri-qanuni şəkildə obyekt tikdirib.
Milli Məclisin İntizam Komissiyasının iclası olub. Komissiyanın sədri, deputat Ağacan Abıyev bildirib ki, iclasda deputat Astan Şahverdiyevin etiraza səbəb olan müsahibəsi ilə bağlı məsələ müzakirə edilib. A.Şahverdiyevin iştirakı ilə keçirilən iclasda etdiyi hərəkətlərin ciddi səhv olduğu ona bildirilib, bunun deputat adına yaraşmadığı qeyd olunub.
A.Şahverdiyev 9 nəfərlik komissiya üzvləri qarşısında üzr istəyib, mətbuatda da xalqdan üzr istəyəcəyi barədə öhdəlik götürüb:
“İclasın son qərarı bu oldu ki, A. Şahverdiyev xalq qarşısında üzr istəsin, açıqlamalarında daha diqqətli olsun. Ona yazılı və şifahi heç bir xəbərdarlıq, töhmət elan edilmədi. Ona başqa nə cəza verək?”
Məlumata görə, millət vəkili xalqdan üzr istəməsinə baxmayaraq onun parlament iclaslarında iştirakı və partiyanın tədbirlərinə qatılması məqsədəuyğun hesab edilməyib. Onun Gülər Əhmədovanın taleyini yaşayacağı istisna edilmir.
Çünki bu günə qədər “quş”layan deputatlar olmuşdusa da, Şahverdiyev kimi əndazəni aşan və birbaşa prezident köməkçisini açıqlama verməyə məcbur edən parlamentari olmamışdı. Ancaq A.Şahverdiyev tamamilə qırmızı xətləri keçdi və hətta üzr istəməsi belə gec oldu.
Prezident köməkçisinin açıqlamasından sonra nəhayət, deputat xalqdan üzr istədi. Halbuki, üzrxahlığı cəmiyyətdən sərt qınaq və etiraz gələndə etmək olardı. Deputatın mandatdan məhrum edilməsi qanunla mümkündür
Emtv.az