18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ustaların pulunu yeyən Deputat Xəlilov niyə parlamentdə susur? - ÖZƏL
Sumqayıtdan deputat olan Mirzəcan Xəlilovun parlamentdə səsini eşidən olmayıb
Millət vəkilinin adı ancaq xoşagəlməz işlərdə hallanır.
Onun gah fəhlələrin pulunu vermədiyi, gah kiməsə borcunu qaytarmadığı haqda müraciətlər mediada tirajlanır. Bu da deputatın adını Rəfael Cəbrayılov, Rüfət Quliyev və digər bu kateqoriyalı həmkarlarının siyahısına salıb.
M.Xəlilov yaxşı olar ki, MM-də ağzını açıb çıxış etsin. Parlament ən passiv deputatlarından olan millət vəkili aktual mövzularla bağlı bir dəfə fikrini bildirməyib. Onun başı biznesə elə qarışıb ki, parlamentdəki müzakirələrə vaxtı yoxdur.
Yerli sakinlər və seçicilər də deputatını tanımır. Onların sözlərinə görə, Xəlilovun üzünü görməyiblər. Eləcə də parlamentdə həmkarlarının bir çoxu onu tanımır. Sözügedən deputatın mandat almasının sirri də bəlli deyil.
Parlamentarilər müxtəlif məsələlərə münasibət bildirir: bank sektoru, manatın taleyi, beynəlxalq təşkilatların ölkəmizlə əlaqələri, Qarabağ problemi və s. aktual mövzular ətrafında fikirlərini açıqlayır. Amma bu çıxışların heç birində Xəlilovu görmək mümkün deyil
Milli Məclisin iclaslarında müxtəlif qanun layihələri müzakirə olunur. Deputatlar ölkənin siyasi-iqtisadi, sosial-hüquqi sahələri üzrə təkliflər verir, çıxışlar edir
Vahid Əhmədov, Cavid Qurbanov, Məlahət İbrahimqızı, Elmira Axundova, Zahid Oruc, Siyavuş Novuzov, Fazil Mustafa, Rövşən Rzayev, Ziyad Səmədzadə, Hadı Rəcəbli və xeyli deputat adını çəkmək olar ki, ayrı-ayrı aktual məsələlər qaldırır, qanun layihələrinin qəbuluna fikirlərini bildirirlər. Xəlilov isə camaatın pulu vermir.
Deputat ustanın və fəhlələrin pulunu vermir. “Deputatın villasında aylarla əziyyət çəkib işlədik, axırda pulumuzu vermədi. Çox get-gəldən sonra dedi ki, "elə bil pulu qumara qoyub uduzmusan, unut getsin”. Bu sözləri Ağdamdan olan məcburi köçkün Zülfüqar Əliyev deyib.
O, deputat Mirzəcan Xəlilovdan şikayətçidir. Zülfüqar Əliyev deyir ki, təkcə, işçilər deyil, tikinti materialları aldığı mağazalar da pulunu istəyir:
"Fəhlələrdən ibarət briqadam var. Fərdi evlərdən tikinti, təmir sifarişləri alıb işləyirik. 2013-cü ildən 2014-cü ilədək işçilərimlə birgə "Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi işini görmüşük.
Ancaq bugünə qədər pulumuzu ala bilməmişik”. Zülfüqar Əliyev deyir ki, Mirzəcan Xəlilovda 55 min manat alacağı var. Pulumuzu verməmək üçün min bir bəhanə gətirir:
"Əvvəl yenə zənglərimizə cavab verirdi. Deputat seçiləndən sonra, ümumiyyətlə, yaxın düşə bilmirik. Bizdə olan nömrələrə zəng edirik, köməkçisi İlham götürür. Deyir, bu gün olacaq, sabah olacaq… İki ildir sürünürük, pulumuzu ala bilmirik”.
Qeyd edəkki, Emtv.az yerli mətbuata istinadən bildirirki, "Millət vəkili vətəndaşı 100 min manatlıq təzminat tələbi ilə məhkəməyə verib”
Millət vəkili sonda Zülfüqar Əliyevi Abşeron Rayon Məhkəməsinə verib: "Guya onun işini yarımçıq qoyub, pulu alıb qaçmışam. O da sonradan başqa briqada ilə danışıb, işini onlara gördürüb. Bu iddia məhkəmədə təsdiqini tapmadı”.
Sonradan Politika.az bildirirki, Z.Əliyev Mirzəcan Xəlilovla bağlı Milli Məclisin komitələrinə və hüquq-mühafizə orqanlarına məktublar göndərməyə başlayıb.