18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Prezident işıq puluna görə villa sahiblərinə səsləndi: onlar kimlərdir? - Özəl siyahı
“İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir...
Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında deyib.
Ölkə başçısı qeyd edib: “Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilib. Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək”.
Prezidentin çağırışı “Azərişıq” ASC rəhbərliyi üçün bir siqnal, bir ismarıc, bir göstəriş olmalıdır. Baba Rzayev və komandası birmənalı şəkildə bu sistemi tətbiq etməlidir.
Söhbət villa sahiblərindən daha çox kommunal ödəniş tələb etməkdən gedir. Ölkənin dörd bir yanında onlarla villaları, malikanələri, sarayları olanlar var. Həmin şəxslər dövlətin müxtəlif vəzifələrində post tutur. Villası olanların əksəriyyəti xalqın puluna, korrupsiya hesabına, büdcə oğurluğu sayəsində imarətlər ucaldıb.
Elə məmurlar var ki, 5-6 villa tikdirib, hətta hamısına baş çəkməyə vaxtı olmur. Onlar deklorasiya təqdim etməsələr də, heç olmasa xalqın yerinə daha çox işıq pulu ödəsinlər.
Emtv.az yerli mətbuatın məlumatına istinadən bildirir ki, bu siyahıda Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanovun Albalı bağlarındakı villasını, nəqliyyat naziri Ziya Məmmədovun Göyçayda və Mərdəkanda imarətlərini, deputat Mirzəcan Xəlilovun Novxanıda villasını, Lənkəranın icra başçısı Taleh Qaraşovun Xanbulandakı sarayını, Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadənin Qax və Zaqataladakı malikanələrini göstərmək olar.
Habelə, Sabirabadın icra başçısı Nazim İsmayılovun Göyçayda oğluna tikdirdiyi villanı, Şamaxının icra başçısı Asif Ağayevin Nağarakənddə ucaltdığı sarayı, Gəncənin meri Elmar Vəliyevin Hacıkənddə villalarını, o cümlədən Badamdarda, Şüvəlanda, Bilgəhdə və ölkənin bir çox səfalı yerlərində, dəniz sahillərində hündür hasarlarla əhatələnmiş malikanələri vurğulamaq olar. Əslində siyahını çox uzatmaq mümkündür və ictimaiyyət, sadə insanlar da gözlə bilir ki, villa sahibkəri kimlərdir.
Emtv.az