SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Cənab prezident, Baba Rzayev Hüseyn Arabulu kölgədə qoyub” - ÖZƏL

24-11-2016, 09:54 | Oxunub: 8 249 |

“Cənab prezident, Baba Rzayev Hüseyn Arabulu kölgədə qoyub” - ÖZƏL

Baba Rzayev rəhbərlik etdiyi "Azərişıq" ASC-ni ailə podratına çevirib

Bu barədə yerli mətbuata ayrı-ayrı yerlərdən gələn şikayət məktublarında deyilir.

Abunəçilərin ayağına normadan artıq borc yazılır. Abunəçilər qeyd edirlər ki, kart sistemi olsa da, müxtəlif texniki müdaxilələr etməklə vətəndaşların aylıq borcu şişirdilir.

Bunu onlar hər ay sərf etdiyi enerji ilə qapıya gələn borcun mqidarının fərqində hiss edirlər. Bildirirlər ki, bu borclar Hüseyn Arabulun dövrünü xatırladır.

Onun zamanında da vətəndaşların borcu şişirdilirdi. Baba Rzayev də Arabuldan geri qalmayaraq abunəçiləri soymaqla məşğuldur. Nəticədə Rzayev biznesini inkişaf etdirir. Bu müddət ərzində B.Rzayev yalnız şəxsi imkanlarını genişləndirib.

Məlum olub ki, Hüseyn Arabulun belə vurmadığı zərəri Rzayev bu sahəyə vurub. Onun milyardlıq yeyintiləri, korrupsiya əməliyyatları, gizli maxinasiyaları elə həyata keçirilir ki kimsə xəbər tutmur. Bu sahənin spesifik olması nəticəsində Rzayev əlverişli korrupsiya imkanı əldə edib.

Çünki nə Hesablama Palatası bu qurumu təftiş edir, nə də medianın bu sahəni araşdırmaq üçün geniş resursları var. Nəticədə milyonlar mənimsənilir, Rzayevlərin biznesi çiçəklənir.

Prezident İlham Əliyevin tapşırıqları olub ki, hər bir vəzifə sahibi öz işinə vicdanla yanaşmalıdır, xalqla işləməlidir, onların problemlərini həll etməlidir.

B.Rzayev dövlət rəhbərinin tapşırıqlarını öz istədiyi formaya salır. Onun fəaliyyətinin yarıtmazlığı sayəsində isə vətəndaşlar dövlətdən narazı salınır.

Qurum rəhbərlərinin vilallarının sayı günbəgün artdığı bir halda vətəndaşlara da yazılan borcun miqdarı artır. Noyabrın 22-də, saat 12:00-dan etibarən borcu olanların işığı kəsilib.

ASC sədri Baba Rzayev xalqın maddi vəziyyətinin ağırlaşdığı vaxtda camaata işıqla imtahana çəkir. Milyonları olan və böyük biznes imperiyasının sahibi B.Rzayev əhalinin durumunu nəzərə almadan işığı kəsir.

ASC rəhbəri nəzərə almır ki, qabaqkı vəziyyət deyil, insanlar işsizdir, evinə çörək apara bilmir, çətinliklə kommunal ödənişlər edir. Politika.az yazır ki, qışın soyuğunda borcu olan abunəçilər zülmətə qərar edilir. Bu abunəçilərin evində körpəsi, xəstəsi, yaşlısı olanı var.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR