18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Litvada Azərbaycanın Həmrəylik Günü qeyd olunub
Azərbaycanın Litvadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Milad Bayramı qeyd edilib.
Səfirlikdən verilən məlumata görə, bayramlar münasibətilə Litva Seymində yenidən formalaşmış Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvlərinə ziyafət də verilib.
Oktyabr ayında keçirilmiş seçkilərdən sonra Seymdə Azərbaycanla parlamentlərarası əlaqələr üzrə 46 deputatdan ibarət yeni qrup yaradılıb. Qrup üzvlərinin sayına görə Seymdə yaradılmış ən iri beş qrupdan biridir.
Tədbirdə Seymin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri, o cümlədən Seymin sədr müavini Mindauqas Bastis, Litva Jurnalistlər Birliyinin rəhbəri Denius Razyaviçüs, LRT dövlət telekanalının baş direktoru Audris Siaurusyaviçüs, Seymin xarici əlaqələr idarəsinin və protokol xidmətinin əməkdaşları, səfirliyin yaxından əməkdaşlıq etdiyi KİV nümayəndələri, Litvada yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz iştirak ediblər.
Ziyafətdə çıxış edən Azərbaycanın Litvada səfiri Həsən Məmmədzadə millət vəkillərinin bəzilərini təkrar, digərlərini isə ilk dəfə olaraq Seymə seçilmələri münasibətilə təbrik edib. O, Seymin keçmiş çağırışında (2012-2016-ci illər) fəaliyyət göstərmiş Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun işindən məmnunluq ifadə edib və yeni formalaşmış qrupun Litva-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
Sonra qrupun sədr müavinləri Rasa Budberqite və Mantas Adomenas, Seymin Xarici əlaqələr komitəsinin sədr müavini, 2009-2012-ci illərdə Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri olmuş Eqidiyus Vareykis çıxış edərək Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşüblər və ölkələr arasındakı münasibətlərin bundan sonra daha inkişafına və dərinləşəcəyinə əmin olduqlarını vurğulayıblar.
Emtv.az