SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

BOLQARISTAN AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA HAZIRDIR

27-04-2016, 17:27 | Oxunub: 8 987 |

BOLQARISTAN AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA HAZIRDIR
Bolqarıstanın ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyası Azərbaycan tərəfi ilə əməkdaşlığa hazırdır.

"EMTV.az" xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın Bolqarıstanın ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyeva ilə görüşündə bununla bağlı müzakirələr aparılıb. Görüşdə A.Cumaliyeva komissiyanın fəaliyyəti barədə məlumat verərək onun 2005-ci ildə yaradıldığını, üzvlərinin Bolqarıstan Xalq Məclisinin qərarları və Bolqarıstan Prezidentinin sərəncamları əsasında seçildiyini bildirib. Son illər komissiyaya ayrı-seçkilik halları ilə bağlı müraciətlərin sayının artdığını vurğulayan sədr bunu sözügedən quruma inamın artdığı ilə əlaqələndirib. Komissiyanın beynəlxalq əməkdaşlığına toxunan A.Cumaliyeva Avropa İttifaqı ölkələri ilə əlaqələr, Avropa Şurası çərçivəsində fəaliyyətdən bəhs edib. O, Azərbaycanla da əməkdaşlıqda maraqlı olduğunu bildirib, ölkəmizin bu sahədə müvafiq qurumu ilə əlaqələrin qurulmasından, qarşılıqlı təcrübə mübadiləsindən məmnun olacağını söyləyib.

N.Qurbanova belə bir komissiyanın yaradılmasının müsbət addım olduğunu vurğulayıb. O, Azərbaycanda insan hüquqlarının təmin edilməsi sahəsində Ombudsman təsisatının mövcud olduğunu qeyd edib. Səfir, həmçinin Azərbaycanda tolerantlığın yüksək səviyyəsindən danışaraq hazırda ölkəmizdə müxtəlif icmaların nümayəndələrinin sülh şəraitində birgə yaşayışını xüsusilə vurğulayıb. Azərbaycanda multikulturalizmin dövlət siyasəti olduğunu, multikultural ənənələrin təbliğinə geniş yer verildiyini qeyd edən diplomat bu siyasətin nəticəsi olaraq 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdırıb. Bu günlərdə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumundan söz açan səfir Forumun sivilizasiyalararası dialoqun, xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR