SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar Manıyev dəfn edildi - fotolar

22-12-2016, 11:40 | Oxunub: 13 544 |

Muxtar Manıyev dəfn edildi - fotolar

Dekabrın 22-də Təzəpir məscidində xalq artisti, Azərbaycan kino sənətinin tanınmış simalarından biri Muxtar Maniyevlə vida mərasimi keçirilib.

Emtv.az axşam.az-a istinadən xəbər verir ki, vida mərasimində sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək mərhum aktyor haqqında fikirlərini bölüşüb. Vurğulayıb ki, milli kinomuzun inkişafında aktyorun müstəsna xidmətləri olub. Ekran əsərlərində yaratdığı möhtəşəm obrazları mərhum aktyora böyük tamaşaçı sevgisi qazandırıb.

Bildirilib ki, Muxtar Maniyev hər zaman ifa etdiyi rollarda xarakterik obrazlar yaradıb. O, 40 ildən artıq yaradıcılığı dövründə milli kinomuzun inkişafında əvəzedilməz işlər görüb. Mərhum aktyorun xatirəsi hər zaman onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyətimizə üz verən bu itkinin acısını jurnalistlərlə bölüşərək deyib:

“Muxtar Maniyev Azərbaycan kino mədəniyyətinin formalaşmasında, inkişafında mühüm işlər görüb. O, ifa etdiyi bütün rolları ilə böyük tamaşaçı sevgisi qazanmağı bacarıb. Bu hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Mərhum sənətkar istər həyatda, istərsə də kinoda müsbət emosiyalar yaradan və onu yaşadan sənətkar kimi xatırlanacaq. Muxtar Maniyevin yaratdığı obrazlar qalereyası onu həmişə yaşadacaq”.

Xalq artistinin cənazəsi son mənzilə yola salınıb.
Emtv.az

Muxtar Manıyev dəfn edildi - fotolar
Muxtar Manıyev dəfn edildi - fotolar

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR