SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

AZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİB

15-12-2015, 15:53 | Oxunub: 11 608 |

AZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİB
Bakı Musiqi Akademiyasında xalq artisti, tanınmış bəstəkar Azər Rzayevlə vida mərasimi keçirilib.

Mətbuatın məlumatına görə, vida mərasimində təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət və incəsənət xadimləri, bəstəkarın tələbələri, ailə üzvləri iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini V. Əliyev A. Rzayevin sənət yolundan, musiqi yaradıcılığından danışıb: “Azər müəllim bütün ömrünü Azərbaycan musiqisinin inkişafına, təbliğinə həsr edib. Azər Rzayev həm də böyük pedaqoq, gözəl müəllim idi. Biz onun timsalında Azərbaycan musiqisinin görkəmli, istedadlı nümayəndəsini itirdik".

Bakı Musiqi Akademiyasının rektoru F. Bədəlbəyli A. Rzayev haqqında xatirələrini bölüşüb, bəstəkarın həyat yolundan bəhs edib: “Biz böyük bəstəkardan başqa, sevimli, qayğıkeş müəllimimizi itirdik. Azər müəllim bütün tələbələrinin sevimlisi idi. Ömrünün son illərində də xəstəliyinə baxmayaraq yorulmadan işləyirdi, musiqimizin zənginləşməsinə, tələbələrinin yetişməsinə xidmət edirdi. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun”.

Bəstəkar İttifaqının katibi Sərdar Fərəcov, xalq artistləri Fidan və Xuraman Qasımovalar və başqaları A. Rzayevlə bağlı xatirələrini bölüşüb, bəstəkarın musiqi yaradıcılığından danışıblar.

Mərhumun ailəsi adından Zəki Manafov vida mərasimində iştirak edənlərə təşəkkür edib.

A. Rzayev II Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, A. Rzayev dekabrın 14-də Bakıda vəfat edib. Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət xadimləri, habelə mədəniyyət xadimləri xalq artisti Azər Rzayevin vəfatı ilə əlaqədar başsağlığı veriblər.
AZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİBAZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİB
AZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİBAZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİB
AZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİBAZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİB
AZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİBAZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİB
AZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİBAZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİB
AZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİBAZƏR RZAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİB

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR