SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Gəncədə at əti biznesi: hansı məmurlar havadardı? - Müdhiş iddialar

21-12-2016, 14:48 | Oxunub: 9 761 |

Gəncədə at əti biznesi: hansı məmurlar havadardı? - Müdhiş iddialar
Gəncə ət sexi tikilir

Layihə şəhər İcra Hakimiyyəti Aparatının və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə həyata keçirilir

Məqsəd əhaliyə satılan ət məhsullarına nəzarət etməkdir. Sözügedən bizneslə məşğul olan şəxslər qeyd olunan kəsim sexində daha sərfəli qiymətə heyvanlarını kəsdirə, sonra isə işlədiyi ərazidə sata bilər.

Almaniyalı və türkiyəli mütəxəssislərin layihəsi əsasında inşa edilən mərkəzləşdirilən kəsim sexində gün ərzində 150 baş iri, 400 baş isə xırda buynuzlu heyvanın kəsimi və ət istehslını həyata keçirmək mümkün olacaq.

Bundan əlavə Gəncədə dönər məhsulları da mərkəzləşdirilən qaydada paylanacaq. Bu sexin tikintisi ilə at ətinin ixracına başlanması eyni dövrüə təsadüf edir. Daxil olan məlumatlarda iddia olunur ki, sözügedən sexdə at əti kəsimi həyata keçirilə bilər.

İddia olunur ki, Azərbaycanın Moldova və Qazaxıstana at əti ixrac edəcəyi haqda xəbərlər Gəncədəki məmurları şirnikləndirib. Şəhər rəhbərliyində olan bəzi şəxslərin işbazların əli ilə at əti kəsimini həmin sexdə reallaşdıracağı barədə iddialar səslənir.

Hətta bu biznesin arxasında icra hakimiyyətindəki yüksək vəzifəli şəxslərin olacağı xəbərdə iddia edilir.

Üstəlik, dönər məhsullarının da sexdən mərkəzləşmiş qaydada paylanması məhz at ətindən istifadəyə geniş vüsət verə bilər. Məlumatlarda iddia olunur ki, dönərxanalara at və eşşək ətinin paylanması barədə zaman-zaman informasiyalar tirajlanıb.

Gəncədəki sexdən də at ətinin dönər məntəqələrinə paylanması mümkün görünür. At ətinin satışı onsuz da qadağan edilməyib. Eyni zamanda bu məhsulların Moldova və Qazaxıstana ixrac ediləcəyi də inandırıcı görünmür.

Əldə olunan bilgilərə görə, nazir Heydər Əsədov ölkədə mal-heyvan çatışmazlığını, Rusiyadan ət idxal olunmasını nəzərə alaraq at ətini əhaliyə sırıya bilər. Təkdırnaqlı at ətlərinin mal əti kimi alıcılara satılacağı istisna edilmir.

Nazirlik əhali böhran dövründə aldatmağa və at əti ilə yemləməyə hazırlaşır. Moldovada at çatışmazlığı olmadığı və ixrac xəbərinin publikaya hesablandığı deyilir. Daha sonra politika.az-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da at ətinin mal ətinə qarışacağını, mal əti adı altında istehlakçılara at əti satılacağını və onların aldadılacağını deyib.

At ətinin qeyri-adi tam verən yağı var. Bunu ayırd etmək çətin olacaq və ət bazarı kifayət qədər çirklənəcək. Əslində qanunvericiliyə görə Azərbaycanda at, eşşək əti satmaq qadağan deyil. Sadəcə olaraq üstünə yazılmalıdır ki, bu nə ətidir. At əti dinimizdə arzuolunmayan ət hesab olunur

Kənd Təsərrüfatı Nazirliyi ölkənin ət və ət məhsulları ilə təmin edilməsi sahəsində heç bir problemin olmadığını israrla bəyan edir. Fakt isə ondan ibarətdir ki, biz il ərzində adambaşına ət ehtiyacının cəmi 40 faizini ödəyə bilirik.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR