18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Milyonlarla vəsaiti büdcədən yayındıran məmur kimdir? - ŞOK RƏQƏMLƏR
Məlum olduğu kimi, Azərbaycanda 2017-ci il yanvarın 1-dən quş ətinin satışı, eləcə də un və çörəyin istehsalı və satışı 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Bu, Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Ticarət sektorundakı mənbənin verdiyi məlumata görə, bu xəbər çıxar-çıxmaz bazarlarda quş ətinin qiyməti qaldırıldı. Bildirilir ki, bu xəbər çıxandan bəri toyuq və toyuq məhsullarının topdansatış qiymətləri 20-30 qəpik bahalaşıb: “Düzdür, məntiqlə ƏDV-dən azad olma xəbəri ucuzlaşmaya səbəb olmalıdır. Amma istehsalçılar qiyməti indidən qaldırdılar ki, yanvarda ucuzlaşdırmağa məcbur olanda indiki səviyyədə qalsın. Təbii ki, burda sahibkarların özfəaliyyəti ola bilməz, onları himayə edən məmurlar olmamış deyil”(AFN.AZ).
Ekspertlər bildirirlər ki, hər hansı məhsulun satışının ƏDV-dən azad olunması yerli istehsalın dəstəklənməsi istiqamətində atılan addım hesab olunur. Bu, eyni zamanda daxili bazarda qiymətlərin qalxmasının qarşısının alınması tədbirlərindən biridir. Hazırda buğda və unla təchizat baxımından Azərbaycanın idxaldan asılılığı olsa da, quş əti ilə bağlı eyni fikri söyləmək mümkün deyil. Belə ki, DSK-nın məlumatına əsasən Azərbaycanda yerli istehsal quş ətinə olan tələbatın 98 faizini təmin etmək gücündədir. Nazirlər Kabinetinin bu ilin sentyabrında qəbul etdiyi qərarla yerli istehsalı qorumaq üçün xaricdən quş əti və ət məhsulları idxalına əlavə rüsumlar tətbiq olunub. Bütün bunlardan sonra quş əti satışının ƏDV-dən azad olunması quşçuluq müəssisələri üçün yumşaq desək, yersiz güzəşt, büdcəni isə xeyli məbləğdə gəlirdən məhrum etmək deməkdir.
Hazırda Azərbaycanda ildə 87 min tondan yuxarı quş əti və ət məhsulları istehsal olunur. Quşçuların satış kimi bir problemi yoxdur və bir neçə gün əvvələdək ölkədə quş əti və ət məhsullarının satış qiyməti ƏDV ilə birlikdə 3,5 manat ətrafındaydı. 18 faiz ƏDV-ni bu məbləğdən çıxdıqda, bir kq quş ətinin qiyməti 3 manatın altına düşür. Yanvarın 1-dən quş ətinin qiymətinin bu qədər aşağı salınacağını gözləmək sadəlövhlük olardı.
Həmçinin satışa çıxarılan hər kiloqram quş ətindən hesablanan ƏDV-ni 40 qəpikdən götürsək, quş əti satışından büdcəyə çatacaq verginin illik həcmi 35 milyon manata yaxın təşkil edəcəkdi. Bu halda “dövlət büdcəsini bu qədər gəlirdən məhrum etmək hansı zərurətdən irəli gəlir” sualı açıq qalır. Əvəzində quş əti istehsalçıları, yaxud satıcıları indidən qiyməti qaldırırlar ki, yanvardan endirəndə büdcələrinə əlavə gəlir daxil olsun. Bu hal bir daha sübüt edir ki, quş əti satışının ƏDV-dən azad olunmasına ehtiyac yox idi.
Bəs bu ƏDV-dən azadolma kimə lazımdır? Eyni zamanda politika.az qeyd edirki, quş əti bazarına sahiblik edən məmurun adı bəllidir, lakin hazırda bəzi araşdırmalar gedir və bu səbəbdən həmin adı qeyd edə bilmirik. Dəqiqləşdirdikdən sonra büdcəni bu qədər vəsaitdən məhrum etməyə cəsarət edən vəzifəlinin adını, məsələ ilə bağlı digər detalları təqdim edəcəyik.
Emtv.az