SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda dönər biznesinə vəhhabilər nəzarət edir - Şok iddia

21-12-2016, 14:35 | Oxunub: 9 181 |

Bakıda dönər biznesinə vəhhabilər nəzarət edir - Şok iddia

RADİKAL DİNİ QRUPLAŞMA ÜZVLƏRİNİ HİMAYƏ EDƏNLƏR ARASINDA NAZİR MÜAVİNİNİN OLDUĞU BİLDİRLİR

Bakıda fəaliyyət göstərən dönərxanaların 80 faizindən çoxuna islamın radikal qanadı sayılan vəhhabi təriqətindən olan şəxslər nəzarət edir.

BakiPost.az-a bu barədə şok məlumatı elə vəhhabilik təriqətinin üzvlərindən biri olan şəxs verib.

Hazırda Azərbaycanda yaşamayan və az əvvəl Bakıdan Avropa ölkələrindən birinə köçən qaynağımız bildirir ki, Azərbaycan paytaxtındakı dönər biznesinin ən azı 80 faiz vəhhabi təriqətinə üzv olan şəxslərə aiddir. Onun sözlərinə görə, bu məsələ artıq uzun illərdir, belədir.

Mənbəmiz bildirir ki, bunu şəhərin bir neçə dönər satılan iri məkanlarına daxil olmaqla müşahidə eləmək mümkündür: ""28 may” metrostansiyası ətrafındakı iri dönərxanalara baxmaqla bilərsiniz ki, Bakıda bu biznesə bizim uşaqlar nəzarət edir. Bizim qardaşlar artıq 10 ilə yaxındır ki, Azərbaycanda dönər işi ilə məşğul olur və kifayət qədər şəbəkələniblər”.

Həmsöhbətimiz iddia edir ki, bu məsələdə - vəhhabi təriqətinə aid şəxslərin Bakıdakı dönər biznesini nəzarətə götürməsində onlara bir nazir müavini "əxi”ləri (qardaş - red.) dəstək olur: "Qardaşımız nazir müavinidir. İllərdir, bu məsələdə o bizə dəstək olur. Kimsə vergidən-maliyyədən filan gəlib ilişmək istəyəndə o qardaşımız araya girib bizə kömək edir”.

Qaynağımız təxminən 6 il Bakıda, 9-cu mikrarayon ərazisində, hazırda fəaliyyəti dayandırılımış "Altun” restoranının dönərçisi olub, lakin müəyyən səbəblərə görə Azərbaycandan getməli olub. O, Bakını tərk edib Avropa ölkəsinə köçməyinin səbəbini də açıqlayıb: "Biz əvvəllər əti özümüz alır, dönərləri özümüz hazırlayardıq. Sonradan belə bir tapşırıq oldu ki, artıq hazır dönər alınmalıdır. Heç kim dönəri özü hazırlamasın. Bir müddət belə davam eləsəm də, sonradan elə işləmək sərf eləmədi, mən də Bakıdan çıxası oldum. Ancaq indi qardaşlarımız yenə də bu qaydayla işləməyə davam edirlər”.

REDAKSİYADAN: BakiPost.az kiminsə hansısa dini təriqətə inanmasına qarışmaq niyyətində deyil. Lakin bütün dünyada radikallığı ilə ad çıxarmış, İŞİD kimi təhlükəli bir terror təşkilatının ideoloji mənbəyi hesab edilən bir dini sektanın ölkənin yeyinti sənayesində belə güclü şəkildə şəbəkələşməsi də nəzərdən qaçırılası məqam deyil. Ümid edirik ki, ölkənin hüquq-mühafizə orqanları vəhhabi təriqətinə mənsub olan, radikallığa meylli şəxslərlə bağlı mütəmadi əməliyyatlar keçirməklə yanaşı, bu məsələni də nəzarətdə saxlayırlar.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR