SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Prezidentə xəyanət edən gizli şəbəkə kimdir?

19-12-2016, 14:05 | Oxunub: 8 066 |

Prezidentə xəyanət edən gizli şəbəkə kimdir?

Azərbaycanda iqtisadi gərginliyi yaradan hansısa sirli və gizli əllər fəaliyyətdədir; Onlar şəbəkələşmiş şəkildə ölkədə sosial vəziyyəti ağırlaşdırır və xalqla prezidenti üz-üzə qoymağa cəhd edir...

Bu barədə eyni zamanda emtv.az politika.aza istinadən bildirir ki, hakimiyyətdə ki, etibarlı qaynaqlardan daxil olan məlumatda deyilir ki, hökumət içində müəyyən qruplar var və onlar məqsədli şəkildə ilin sonuna yaxın əhalinin maddi vəziyyətinin pisləşdirir.

Bu şəbəkənin məqsədi prezidentə təzyiq etmək, islahatları ləngitmək, antiböhran tədbirlərini tormozlamaq və ən əsası onları gözləyən istefaların vaxtını uzatmaqdır.

Çünki islahatlar nəticəsində məmur ordusu vəzifəsini itirə bilər. Onlar da bunu qabaqlamaq üçün müxtəlif təzyiq rıçaqlarından istifadə etməyə başlayıblar.

Deputat Zahid Oruc da geniş müsahibəsində buna bənzər fikirlər səsləndirib və kimlərinsə təxribatla məşğul olduğunu təsdiqləyib: “Mənim aləmimdə ölkədə müəyyən qədər iqtisadi, siyasi, sosial təxribatlar baş verir.

Sanki Eldar Mahmudovun nazirliyi ləğv ediləndən və mahmudovçuluq ifşa ediləndən sonra müxtəlif qüvvələr öz üzərlərinə gələn təhlükəni hiss edirlər və problemi sosial-iqtisadi müstəviyə daşıyıb hakimiyyətin cəzasından qaçır, onu xalqla üz-üzə qoyaraq diversiya yolu ilə toxunulmazlıqlarını təmin edirlər.

Elə bilin dövlətdəki böyük idarəetmə islahatlarını ləngitməyə qalxan və yaxud ona müqavimət göstərən qüvvələrin itaətsizliyi ilə üzə-üzə qalmışıq”.

Millət vəkili hesab edir ki, o miqyasda, o təfəkkürdə, o azğınlıqda, sümürgənlikdə olan çovdarovlar yoxdur: “Sözügedən olay Azərbaycanın təhlükəsizlik orqanları tarixində böyük ləkədir. Dünya tarixində elə mütəşəkkil çekist cinayətkar şəbəkəsi olmayıb.

Beriyanı NKVD sisteminin cəza aparatının banisi kimi uzun illərdi pisləyirlər. Ancaq o vaxt belə bu miqyasda yağmalama və tamahkarlıq olmayıb.

Mahmudovun rəhbərliyi altında və o genarallar bandasının həyata keçirdiyi əməllər özünün azğınlığı ilə tarix boyu fərqlənəcək. Rejissorlar üçün faciə dramalarının ssenarisinə uyğun gələn əməlləri heç bir halda başqa strukturlarda gözləməyin”.

Emtv.az yerli mətbuataistinadən xəbər verir ki, prezidentin imzaladığı antiböhran tədbirləri barədə tapşırıqları məmurların canına vəlvələ salıb. Azərbaycanda korrupsiyaya bulaşmış, aylıq “paket” alan məmurların “kürkünə birə salıb”.

Təşviş içində olan məmurlar bu layihənin həyata keçməsindən sonra ölkədə islahatların, şəffaf idarəçiliyin daha da güclənəcəyini yaxşı dərk edir.

Ona görə də gəlir mənbələrinin kəsiləcəyi xəbəri bürokrat məmurları, korrupsioner və oliqarxa çevrilmiş bəzi nazirləri əndişələndirib.

İlk növbədə Nazirlər Kabinetinə əl gəzdirmək labüddür. Bu baxımdan yeni antiböhran tədbirlərinin başlaması hakimiyyətdəki bəzi qruplarına maraqlarına soğan doğrayıb.

Prezidentin təkbaşına böhrana qarşı çırmanıb mübarizə aparması hansısa qüvvələri narahat edir. Onlar əvvəlki kimi korrupsiya layihələrini həyata keçirə bilməyəcək.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR