18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Məmurlar xalqla birbaşa təmasdan qaçır, bu, təxribatdır"
Milli Məclisin (MM) komitələrinin birgə iclasında 2017-ci il büdcə layihəsi ilə bağlı çıxış edən millət vəkili Zahid Oruc hökumətin bank sektorundakı vəziyyət, elektrik enerjisi, qazın qaldırılması ilə bağlı tənqidi mövqeyini dilə gətirib
Bank sektoru, maliyyə bazarındakı vəziyyətə və manatın ucuzlaşmasına toxunan Z. Orucun sözlərinə görə, bu gün Azərbaycan vətəndaşı manat sabitləşməyənədək yastığı altında saxladığı maliyyəni ortaya çıxarmayacaq:
"Ona görə də həyata keçirilən layihələr öz lazımi effektini verməyəcək. Bu gün hökumət düşüb Beynəlxalq Bankın sağlamlaşdırılamasının üstünə və bunun üçün milyonlarla vəsait xərcləyir. Axı, vətəndaşın günahı nədir ki, ölkədə Beynəlxalq Bank və onun da rəhbəri Cahangir adlı bir şəxs olub. Ölkənin milyardalını mənimsəyib və hökumət də indi onun oğurladığı vəsaitlər nəticəsində bankda yaranmış problemi aradan qaldırmaq istəyir. Belə olmaz axı?! Nəyə görə, vətəndaşla banklar qarşı-qarşıya qoyulsun? Hökumət bu sahədə məsələni həll etməlidir”.
Z. Oruc bildirib ki, 21 dekabr devalvasiyasından sonra bir dəfə də olsun Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu ekranda görməmişik: "Son bir ildə bu problemlər məngənəsində məmurlar xalqla birbaşa təmasdan qaçır. Bu, təxribatdır. Bir ildir məmurların ekranlara çıxışı məhdudlaşıb”.
Dövlət strukturlarının ixtisara salınmasının tərəfdarı olduğunu dilə gətirən Z. Oruc deyib ki, Azərbaycan məmur sayına görə, dünyada öncül yerlərdən birini tutur. "Axı, illər öncə bunu deyəndə niyə qulaqardına vurlurdu? Bu, ona görə deyilirdi ki, islahatlarla ölkənin inkişafına nail olunsun”.
Elektrik enerjisi və qazın qiyməti ilə bağlı strateq.az daha sonra bildirir ki, Tarif Şurasının qərarına toxunan millət vəkili deyib ki, buna ehtiyac yox idi:
"Filizi, transformatoru, qazı, elektrik enerjisini Azərbaycan özü istehsal etdiyi halda enerjinin qiymətinin artırlmasına nə lüzum var idi. Bu, əlavə problemlər yaradacaq”.
Emtv.az