17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"MTN NAZİRİNİ KƏSKİN TƏNQİT EDİB" ZAHİD ORUC
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Zahid Oruc Respublika Baş Prokurorluğunun nəzdindəki təhlükəsizlik orqanlarına nəzarət edən qurumun və sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun fəaliyyətini kəskin tənqid edib.
"EMTV.az" Publika.az-a istinadən xəbər verir ki, deputat bildirib ki, parlamentin hansısa güc strukturlarına, hüquq-mühafizə orqanlarına nəzarət etmək funksiyası yoxdur: "Ancaq Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bu qurum, görəsən, indiyə qədər hansı fəaliyyətlə məşğul olub? Bu qurum, görəsən, zamanında MTN ətrafında baş verən hadisələrdən niyə məlumatsız olub? Ona nəzarət edibmi? Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır. Ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq zaman gəlib ki, həmin qurumlar ləğv edilsin”.
Deputat həmçinin deyib ki, dini ekstremizmlə bağlı mübarizə aparmaq üçün dini ayinlər zamanı ianələrin ləğv edilməsi vacibdir: "Nardaranda aşura zamanı ianələr, nəzirlər yığılır. Yığılan vəsaitlər Nardaran üçün hansı işlərə sərf edilib? Əlbəttə edilməyib. Deməli, həmin vəsaitdən silahlanmaya sərf edilə bilər. Belə halların qarşısının alınması üçün yeni hazırlanan qanuna maddə əlavə etmək lazımdır".