18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
11 rayonda sürüşmə sahələləri aktivləşib

Son dövrlərdə respublikanın müxtəlif rayonları, xüsusən Şamaxı, İsmayıllı, Quba, Gədəbəy, Ağsu, Lənkəran, Lerik, Masallı, Astara, Yardımlı, Cəlilabad rayonları ərazilərindəki sürüşmə sahələrində aktivləşmə müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən Emtv.az apa-nın sorğusuna cavab olaraq bildirir ki, mövcud sürüşmə sahələrində aktivləşmənin müşahidə olunması ilə bərabər ölkədə yeni sürüşmə sahələri yaranır.
Milli Geoloji Kəşfiyyat Xidməti yeni sürüşmə sahələrinin yaranmasının səbəblərini də açıqlayıb. Xidmətdən bildirilib ki, yeni sürüşmə sahələrinin əmələ gəlməsinə ən çox təsir edən meteoroloji və texnogen amillərdir.
Qeyd olunub ki, respublikanın dağlıq və dağətəyi ərazilərində bu prosesin baş verməsi labüddür: “Ekzogen-geoloji, xüsusən də sürüşmə prosesinə məruz qalmış yaşayış məntəqələri və digər infrastrukturların yerləşdiyi ərazilərdə ilkin olaraq tədqiqatları aparılır. Prosesin təhlükəliliyi müəyyənləşdirilir və proqnozlar verilir. Ərazilərin geoloji, mühəndisi-geoloji şəraiti haqqında rəy tərtib olunur. Sonra isə prosesin təsir dairəsini əhatə edən ərazilərdə kompleks geoloji, mühəndis-geoloji, hidrogeoloji, geofiziki, topoqrafik tədqiqatlar aparılır”.
Emtv.az