SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Cənub zonasında YOLLAR BAĞLANDI - SƏBƏB

2-11-2016, 10:11 | Oxunub: 15 041 |

Cənub zonasında YOLLAR BAĞLANDI - SƏBƏBAzərbaycan ərazisində anomal hava şəraiti, yağıntılar bütün sürüşmə zonalarını aktivləşdirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri Emtv.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, buna səbəb suxurların yağış suyundan doymasıdır. O, respublikada ən təhlükəli sürüşmə zonaları haqqında da məlumat verdi: “Hazırda Şamaxı, İsmayıllı, Ağsu aşırımında, çay dərələrindən - Ağsu çayda, Göyçay çay dərəsində, Böyük Qafqazın şimal-şərq yamacında - Qusar, Quba, Xızı, Şabran, Siyəzəndə aktivlik müşahidə edilir. Həmçinin cənub rayonlarında da aktivləşmə müşahidə edilir. Yardımlı, Lənkəran, Astara, Cəlilabadda aktivlik qeydə alınır. Bu vaxta qədər həmin ərazilərdə az hallarda sürüşmə baş verirdi. Həmin sahələrdə bu miqyasda sürüşmə ilk dəfədir qeydə alınır. Orada təkcə sürüşmə deyil, sürüşmə-çökmə baş verib. Lerik-Yardımlı zonalarında əsasən sürüşmə dağ yollarında qeydə alınıb. Ona görə də həmin yolların əksəriyyəti bağlıdır. Cəlilabadda dünən baş verən hadisə sürüşmə sahələrinin böyüdüyü bir daha sübut etdi. Hazırda Kiçik Qafqazda-Gədəbəy, Daşkəsən, Goranboy, Göygöldə aktivlik qeydə alınır. Burada da çay dərələri - Zəyəmçay, Qoşqarçay, Kürəkçayda aktivlik müşahidə edilir”
S.Tarixəzərinin sözlərinə görə, bir sıra avtomobil yollarında da aktivlik qeydə alınıb: “Xüsusən Quba-Xınalıq yolunda tez-tez uçqun,sürüşmə baş verir. Xızıdan Altıağac istiqamətindəki yolda da fəallıq müşahidə edilir”.
Bakıdakı sürüşmə sahələrin vəziyyətində gəldikdə, S.Tarixəzəri onların da aktivləşdiyini dedi: “Son ilər Zığ, Masazır, Günəşli, Bayıl və digər sürümə sahələrində mütəmadi monitorinqlər aparırıq. Oktyabr ayında Zığda apardığımız müşahidələrdə yolun ortasında da çatlar qeydə alındığını gördük. Həmin evlərdə yaşamaq çox təhlükəlidir. Masazırdakı qəbristanlıqda yuxarı hissələrdə xırda çatlar yaranıb və genişlənmə gedir. Demirəm ki, bu günlərdə dəhşətli sürüşmə ola bilər. Lakin bərpa işlərinin aparılmasına ehtiyac var”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR