18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞERONDA SÜRÜŞMƏ İLƏ BAĞLI SON VƏZİYYƏT
Abşeron yarımadasında sürüşmə sahələrində son durum açıqlanıb.
Mətbuatın məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd edilib ki, Masazır sürüşmə sahəsində yamacın dayanıqlığının artırılması üçün yeni layihə əsasında svay-bərkitmə işləri həyata keçirilib və landşaft bərpa olunub.
Qeyd olunub ki, Bayıl sürüşmə sahəsi sabitləşdirilib, ərazidə yaşıllıq işləri aparılıb. Bakının Əhmədli massivində sürüşmənin sabitləşdirilməsi və yamacın dayanıqlığının təmin edilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanıb və həyata keçirilməkdədir. Bakının Səbail rayonu ərazisində Badamdar - 20-ci sahə avtomobil yolu boyunca və ona bitişik ərazilərdə baş vermiş sürüşmə sabitləşdirilib və yarğan əmələgəlmənin qarşısı alınıb.
Fövqəladə hallar naziri Mingəçevir Su Anbarının sağ sahilində baş vermiş sürüşmə ilə əlaqədar qabaqlayıcı mühəndis tədbirləri yerinə yetirildiyini də bildirib.