17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Doğuşda ölən ananın övladının görüntüləri yayıldı – FOTO/
Şamaxı rayonunda ana ölümü qeydə alınıb.
E
mtv.az ARB kanalına istinadən xəbər verir ki, hadisə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində yaşanıb. Artıq ana ölümünün ilkin səbəbləri də açıqlanıb.
Belə ki, Ərçiman kənd sakini, 20 yaşlı Nuriyeva Qaratel Bəxtiyar qızı təbii doğuşla qız övladı dünyaya gətirib.
Doğuşu qəbul edən həkimin sözlərinə görə, normal keçən doğuşdan bir sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb. Həkimin sözlərinə görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Bu, qadının ilk hamiləliyi olub.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır. Artıq hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına məlumat daxil olub. Sabah komissiyasının mütəxəssisləri Şamaxıya gedəcək və ölümün səbəbləri yerində araşdırılacaq. Ana ölümünün dəqiq səbəbləri Doğuşayardım Komissiyasının araşdırmalarından sonra məlum olacaq və bu barədə ictimaiyyətə açıqlanacaq.