17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ŞAMAXI ŞƏHƏRİNDƏ HADİSƏ
Özünü öldürən mühasibin 3 ay əvvəl evləndiyi məlum olub
"EMTV.az" xəbər verir ki, Dünən Şamaxı şəhərindəki "Şirvan" hotelində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb. Mətbuata verilən məlumatına görə, özünü 12 mərtəbəli mehmanxananın 10-cu mərtəbəsindən atan hotelin 27 yaşlı mühasibi Orxan Alıcanovun yeni evləndiyi məlum olub. İş yoldaşları bildiriblər ki, O.Alıcanov 3 ay əvvəl ailə həyatı qurubmuş.
İntiharın necə baş verməsinə gəlincə, O.Alıcanovun xidməti iş otağı hotel binasının birinci mərtəbəsində yerləşib. Dünən günorta saatlarında binanın 10-u mərtəbəsindəki yeməkxanaya gələn mühasib hələlik dəqiqləşməmiş səbəblərdən özünü pəncərədən atıb.
Onun konkret hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.
Qeyd edək ki, özünü 10-cu mərtəbədən atan O.Alıcanov hadisə yerindəcə vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.