17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Qəbiristanlıqdan qayıdandan sonra özünü asıb" - 88 yaşlı kişinin intiharının TƏFƏRRÜATI
Bərdə rayonu Şirvanlı kəndində 88 yaşlı Eyvaz Cəbiyevin intiharının bəzi təfərrüatları məlum olub.
Kəndin bələddiyyə sədri İldırım Quliyevin Emtv.az-a verdiyi məlumata görə, o, qəbiristanlıqdan qayıdandan sonra intihar edib. Onun sözlərinə görə, E.Cəbiyev qapalı insan olub. Lakin ailəsinin və kənd camaatının bildiyi ciddi bir problemi olmayıb:
“İki il əvvəl həyat yoldaşını itirmişdi, sonra da qızı xərçəngdən öldü. Bu itkilərdən sonra o, özünə gələ bilmirdi. Dünən də qızının qəbrini ziyarət edib. Evə qayıdandan sonra intihar edib. Həmin vaxt evdə heç kim olmayıb. Oğlu, gəlini işdə olub. Gəlini işdən gələndə onun intihar etdiyini görüb, qonşuları çağırıb. Düzdür, itkiləri var idi, amma bu yaşda intihar etməsi hamı üçün gözlənilməzdir. Başqa heç bir səbəb tapa bilmirik”.
***
Bərdədə intihar hadisəsi baş verib.
Bərdə rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb. Kənd sakini, 88 yaşlı Eyvaz Cəbiyev özünü yaşadığı evdə asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (apa)