18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Fuad Poladov qayıdacaq, ya yox? - “Azdrama”dan AÇIQLAMA
Aktyor Hikmət Rəhimovun Akademik Milli Dram Teatrından işdən çıxarılmasına dəstək olaraq Xalq artisti Fuad Poladovun çalışdığı teatrdan getməsi ilə bağlı xəbərlər media gündəmini bir-birinə vurub. Fuad Poladovu sevən hər kəs onun teatrdan getməsini etirazla qarşılayıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədov Emtv.az-a açıqlamasında baş verənlərə belə aydınlıq gətirib: “Teatr ətrafında yayılan dedi-qodulara baxmayaraq teatrımız işləyir və fəaliyyətini günü-gündən genişləndirir. Qaldı ki, Fuad Poladova, o, Rus Dram Teatrının aktyorudur, amma müqavilə ilə bizdə tamaşalarda oynayır. Onun teatrdan getməsinə gəlincə, yazılı ərizə ilə teatra müraciət etməyib. Sabah onun teatrda bir tamaşası var, yəqin ki, gəlib oynayacaq. Ümumiyyətlə yəqin ki, özü ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirəcəyik. Qaldı ki, onun Hikmət Rəhimovu müdafiə etməsi, hər kəsin fikirlərinə hörmətlə yanaşırıq”.
Truppa rəhbəri onu da bildirib ki, H.Rəhimov teatrdan öz ərizəsi ilə gedib: “Bu da teatrın daxili işidir. Həll elədik, qurtardı”.
Qeyd edək ki, dünən Fuad Poladov Emtv.az-a bunları demişdi:
ŞOK: Fuad Poladov teatrdan getdi - “Şərh vermək istəmirəm”