18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanda qrip yayılıbmı?
Son günlər havaların soyuması, temperaturun aşağı enməsi yuxarı tənəffüs yolları xəstəliklərinin sayını artırıb. Xəstəlik əsasən, boğazağrısı, yüksək temperatur, halsızlıqla müşahidə edilir. Sinoptiklərin növbəti günlərdə havaların yenidən kəskin soyuması ilə bağlı xəbərdarlığını nəzərə alsaq, xəstəliklərin daha da artacağın söyləmək olar.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ditektor müavini Afaq Əliyeva Emtv.az-a açıqlamasında bu il kəskin respirator virus infeksiyaları ilə bağlı müraciətlərin ötən illə eyni səviyyədə olduğunu deyib: “Kəskin respirator virus xəstəliklərində artım müşahidə edilmir. Nisbətən ağır keçirən xəstələrin laborator müayinəsi həyata keçirilir. Bu mövsümdə hələ ki, qrip virusları aşkar edilməyib. Vəziyyət sabit olaraq qalır. Təbii ki, tək-tək xəstələr olur. Onlar da yerli poliklinikalara müraciət edib, həkim nəzarətində müalicə olunmalıdır. Vaxtında müalicə edilərsə, tez sağalar”.
A.Əliyeva bildirib ki, səhiyyə nazirinin in sonuncu imzaladığı əmrə əsasən, qrip və kəskin respirator virus xəstəliklərinə qarşı aparılan tədbirlər daha da gücləndirilib: “Məktəblərdə, məktəbəqədər uşaq müəssisələri və tibb müəssisələrində dezinfeksiya rejim gücləndirilib”.
Mövsümü infeksiayalara qarşı peyvəndlərə gəldikdə, A.Əliyeva hazırda qripə qarşı peyvənd aparılmadığını deyib: “Lakin hər hansı vətəndaş peyvənd olunmaq üçün hər hansı özəl tibb müəssisəsinə müraciət edə bilər”.