18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
SƏHİYYƏ NAZİRLİYİ “DONUZ QRİPİ”-NİN AXTARIŞINDA
Azərbaycanda “donuz qripi”nə yoluxma halları qeydə alınmayıb, mövsümi qripin və digər respirator infeksiyaların səviyyəsi isə son illər ərzində orta illik göstəricini keçməyib.
"EMTV.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.
Onun sözlərinə görə, praktiki olaraq bütün sərhədyanı ölkələrdə epidemioloji vəziyyətin gərginləşməsi müşahidə edilir, bu, bizim üçün potensial təhlükə yaradır və profilaktik, müalicəvi və epidemiya əleyhinə xarakterli tədbirlərin həyata keçirilməsi üçün qüvvə və resursların mobilizə edilməsini tələb edir.
“Bu məqsədlə 2015-ci ilin dekabr ayının 8-də respublikanın səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən müvafiq əmr imzalanıb.
Bu əmrə görə, qripə yoluxması şübhəli olan şəxslərin xəstəxanaya yatırılması üçün xüsusi yataqlar, xüsusi hallarda bu tibb müəssisələrində məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək, dezinfeksiya rejimi gücləndiriləcək. Tibbi personal fərdi müdafiə vasitələri ilə təmin edilib.
Bununla yanaşı, qriplə mübarizədə əsas rol əhaliyə, ölkə vətəndaşlarına məxsusdur.
“Donuz qripi”nin mövsümi qripdən daha ağır keçdiyini bilmək lazımdır. Xəstəlik ürəkbulanma, qaytarma, diareya, güclü baş ağrıları, yüksək temperatur, nəfəs almaqda çətinlik, təngnəfəsliklə müşahidə edilir.
Səhhətdə ağırlıq xəstəliyin 2-3-cü günündə başlayır, adi qrip zamanı isə bu ağırlaşmalar 10-15 gün sonra başlayır. Bu zaman daxili orqanlar, əsasən də ağciyərlər zədələnir”.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, xəstəliyin əlamətləri müşahidə edilən zaman dərhal tibbi müəssisəyə müraciət etmək, maskalardan istifadə etmək, şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır.
“Vətəndaşlarımıza qripin olduğu ölkələrə səfərlərdən imtina etmək, insanların çox olduğu və kütləvi-mədəni tədbirlərin keçirildiyi yerlərdən uzaq durmaq tövsiyə edilir”.