SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

DİQQƏT! DONUZ QRİPİNİN ƏLAMƏTLƏRİ

12-01-2016, 17:26 | Oxunub: 18 169 |

DİQQƏT! DONUZ QRİPİNİN ƏLAMƏTLƏRİ
2009-cu ilin aprel ayında Meksikanın La-Qloriya kəndində beş yaşlı Edqar Ernandes adlı uşaq ağır qripə yoluxur. Ailəsi bunun adi qrip olduğunu güman etsələr də az keçmədən Edqar dünyasını dəyişir. Təşvişə düşən həkimlər araşdırma apararaq, bunun adi virus olmadığını müəyyən edirlər. Bu, yeni - H1N1 virusu idi. Həmin gündən Dünya Səhiyyə Nazirliyi təşvişə düşür. Az keçmədən dünyanın bir neçə ölkəsinə yayılan virus yüz minlərlə insanı yoluxdurur. Onların əksəriyyətinin xəstəliyi ölümlə nəticələnir.

"EMTV.az" xəbər verir ki, xəstəlik Meksika, ABŞ, Kanada, Çili, Böyük Britaniyada daha çox yayılır.

Donuz qripi nədir?

Bu, H1N1 adlı virus olub, özündə donuz - quş və insan qripinin viruslarını birləşdirir. Elə buna görə də bu qripə həm quşlar, həm donuzlar, həm də insanlar yoluxa bilər. H1N1 tipli qrip yüksək potogenli virusun törətdiyi kəskin tipli infeksion və tənəffüs yollarının iltihabı xəstəliyidir. Qripin A qrupuna aiddir.
Bu virus asanlıqla insandan insana hava yolu ilə keçir. Donuz qripinin çox təhlükəli olduğu hamıya məlumdur. Amma daha dəqiq məlumatlar, ölənlərin sayı hələ də tibb elminə məlum deyil.
Bir vaxtlar virusun donuzdan insana keçməsi xəbəri yayılsa da, hazırda bu məlumatın yalan olduğu deyilir. Bu qrip ilk dəfə insanda aşkarlanıb.

Alimlər yaranma səbəbləri məlum olmayan bu virusun hansısa bir laboratoriyadan təsadüfən sızdığını güman edirlər.

H1N1 virusunun tarixi

Ölümcül qrip virusu ilk dəfə 1918 - ci ilin aprelində İspaniyada meydana çıxdı. O vaxt dünyaya yayılan bu virusdan ölənlərin sayı 40 milyona çatdı. Qeyd edək ki, İspaniyada həyatı iflic edən və 10 il davam edən, «İspan qripi» adlandırılan bu virus da H1N1 idi. 50 ildən sonra 1958-ci ildə də belə bir hadisə yenidən təkrarlandı. Araşdırmalar zamanı məlum oldu ki, bu da H1N1 virusudur. Bu dəfə xəstəlikdən ölənlərin sayı 2 milyona çatdı.

Alimlər 1918-ci ildə yayılan bu virusu yenidən «canlandıraraq», onun ölümcül qüvvəsinin şahidi olmaq istəyiblər. Beləliklə, onlar virusun qurbanı olan bir cəsədi Alyaskadan çıxardaraq, genetik materialdan istifadə edib, H1N1 virusunu yaratmağa çalışıblar. Onlar buna nail də olublar. Virusu meymunlara vuran alimlər, dəhşətli hadisə ilə rastlaşıblar. Bir neçə saatdan sonra virusun simptomları özünü göstərib. Meymunlarda ağciyərin iltihabı başlayıb.

Donuz qripinin əlamətləri

· 39 dərəcədən yüksək olan hərarət
· Boğazda ağrı və öskürək
· Zökəm
· Baş və əzələ ağrıları
· Bəzən də qusma və ishal


H1N1 virusunun əlamətləri adi qripdə olduğu kimidir. Bunu yalnız 39 dərəcədən yuxarı olan hərarətlə ayırd etmək olar. Qrip zamanı hərarət yüksələndə onu aspirinlə endirməyə çalışmayın. Aspirin donuz qripinin bir nömrəli «dostudur». Temperaturu salmaq üçün çalışın, parasetamoldan istifadə edin.
Xəstəliyə tutulan şəxs 7 gün ərzində yoluxdurucudur. 7 gündən sonra infeksiyanın yayılma riski azalır, amma azyaşlı uşaqlarda virus həmişə aktiv olur, xəstəlik uzun müddət yoluxdurucu qala bilir.
H1N1 virusuna yoluxan şəxs evdə yatmamalı, dərhal xəstəxanaya yerləşdirilməlidir. Çoxlu miqdarda maye qəbul etməli, xəstəyə və evdə olan digər şəxslərə maska taxılmalıdır. Xəstə şəxslə təmas zamanı gigiyenik qaydalara mütləq riayət edilməlidir. Ev şəraitində xəstəyə qulluq etmək üçün onu ayrıca otağa salmaq və ona qulluq zamanı birdəfəlik maskalardan istifadə emək lazımdır. Maska 4 saatdanbir yenisi ilə əvəz edilməlidir. Xəstənin olduğu otağı təmiz saxlamaq, nəm əski ilə təmizləmək vacibdir.

Özünü H1N1 virusundan qoru

İnsan özü çalışmalıdır ki, bu virusa yoluxmasın. Bunun üçün aşağıdakı qaydalara nəzər salın…

· Yüksək hərarəti, öskürəyi olan insanlarla təmasda olmayın
· Əllərini tez-tez sabunla yu (imkan olsa spirtlə sil)
· Asqıranda və ya öskürəndə ağzını dəsmalla tut
· Əlini ağzına vurduqdan sonra gözə, buruna toxunma
· İctimai yerlərdə olduqdan sonra (avtobus, metro) əllərini spirtli dəsmalla sil
· Sağlam həyat tərzi keçirtməyə çalış və normal yuxuya riayət et
· Çoxlu vitamin qəbul et
· Fiziki aktivliyi artır
· Səyahətə getməyə hazırlaşırsansa təxirə sal


Donuz qripi zamanı insan zəifləyir, immun sistemi sıfıra düşür, ağ ciyərlərin iltihabı, pnevmaniya ağırlaşmaları olur. Ürəkləri zəif olan insanlarda ürəyin fəaliyyəti dayanır. Xəstənin virusa yoluxmasını yalnız laboratoriyada müəyyən etmək olur.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR