17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
64 ölkə cəbhədə: Dünya Müharibəsi başlandı?
Mosulun xilası üçün əməliyyatlar davam edir. 12 kənd və Mosulun cənub-şərqində yerləşən qədim Nimrud şəhəri İŞİD-dən azad olunub. Ekspertlər isə Mosul əməliyyatını dünya müharibəsi ilə müqayisə edirlər.
Emtv.az xəbər verir ki, İraq xüsusi təyinatlıları, peşmərgə gücləri və ABŞ-ın rəhbərliyi altında 35 ölkənin qatıldığı əməliyyatda 30 min əsgər iştirak edir. Mosuldakı cəmi 4-5 min arası İŞİD üzvünün məhv edilməsi üçün Avropanın ən böyük təyyarə gəmisi olan “Charles de Gaulle” Cənubi Kipr sahillərinə gələrək lövbər atıb.
Bununla yanaşı, Mosulun 40 kilometr şərqindəki Hazır cəbhəsində yerləşən Zerdek Dağında çoxsaylı amerikalı əsgərlər var. ABŞ əsgərləri Mosula doğru hücuma keçib. Mosul ətrafını ağır toplarla atəşə tutublar. Həmçinin, pilotsuz təyyarələr də Mosulun üzərində uçuşurlar.
4-5 min terrorçuya qarşı bu qədər gücün sərf edilməsi diqqət çəkir. Ekspertlər hesab edirlər ki, əslində bu, böyük güclərin gələcəkdə bölgədə başlayacaq mübarizəsinin ilk mərhələsidir.
İŞİD dünən gün ərzində iki terror aktı törədib. Nəticədə, 70-dən çox iraqlı əsgər ölüb, onlarla insan yaralanıb. Terror təşkilatı nefti xəndəklərə dolduraraq yandırıblar. Məqsəd havadan nəzarətin qarşısını almaqdır. Həmçinin, İŞİD-in küçə döyüşlərinə hazırlaşdığı da bildirilir.
Məlumatlara görə, hazırda Suriya və İraqda İŞİD-lə mübarizədə 64 ölkə iştirak edir.