SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İRAQIN 3 HİSSƏYƏ BÖLÜNMƏSİ BAŞLANDI

12-01-2016, 11:22 | Oxunub: 9 148 |

İRAQIN 3 HİSSƏYƏ BÖLÜNMƏSİ BAŞLANDI
İraq kürd regional rəhbərliyinin Mosulun şimalında yerləşən Rabiadan başlayaraq ölkənin şərqindəki Diyalanın sərhədlərinə qədər uzanan bölgədə xəndək qazması ərəblər və türkmanları ayağa qaldırıb.

"EMTV.az" Türkiyə mediasına istinadən xəbər verir ki, İraqda mübahisəli bölgələr hesab olunan şəhərlərdə xəndəklərin qazılması müstəqil kürd dövlətinin yaradılmasına hazırlıq kimi şərh edilib.

Kürd muxtariyyətdən bildirilib ki, xəndəklər Peşmərgə güclərinin olduğu bölgələrin İŞİD terror təşkilatının hücumlarından qorumaq məqsədi daşıyır. Kürd səlahiyyətlilər müstəqillik üçün xəndək qazmağa ehtiyacın olmadığını bildiriblər.

Ancaq türkmanlar və ərəblər bildirirlər ki, İraq konstitusiyasına görə mübahisəli bölgələr hesab olunan Mosul, Kərkük, Səlahəddin və Diyala vilayətlərini əhatə edəcək şəkildə xəndəyin qazılması müstəqilliyə hazırlıqdır. Müstəqillik üçün fəaliyyətin 2016-cı ildə başlayacağı təxmin edilir.

Mübahisəli bölgələr İraq Konstitusiyasının 140-cı maddəsində əksini tapıb. Lakin 140-cı maddənin icrası ilə bağlı kürdlər, türkmanlar və ərəblər arasında razılıq əldə olunmadığı üçün sözügedən maddə 2007-ci ilin qüvvədən düşüb.

Kerkükdən olan türkman millət vəkili Həsən Turan xəndəyin türkman bölgələrini iki yerə böldüyünü bildirib. Keçmiş türkman millət vəkili Fevzi Əkrəm isə bildirib ki, İraqın kürd, şiə və sünni bölgələri olmaqla üç dövlətə bölünməsi ilə bağlı beynəlxalq plan var.

“Kürd bölgəsi neft gəlirlərinin hamısını nəzarəti altına almaq istəyir. Xəndək bir fransız şirkəti tərəfindən qazılır”, - Fevzi Əkrəm deyib.

Bağdad da xəndəyi müstəqilliyə hazırlıq kimi qiymətləndirib. İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Macid Garravi kürd muxtariyyəinin İŞİD ilə mübarizəni fürsət bildiyini deyib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR