SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İŞİD İTİRİR KÜRDLƏR QAZANIR

22-12-2015, 14:47 | Oxunub: 10 253 |

İŞİD İTİRİR KÜRDLƏR QAZANIR
Terror təşkilatı 2015-ci ildə ələ keçirdiyi torpaqların 14 faizinindən geri çəkilib

İngiltərədə fəaliyyət göstərən strateji düşüncə mərkəzlərindən olan “IHS Janes” təşkilatı İŞİD terror təşkilatının 2015-ci il ərzində ələ keçirdiyi torpaqların 14 faizini itirdiyini açıqlayıb.


"EMTV.az" BBC-yə istinadən xəbər verir ki, koalisiya qüvvələri və bölgədəki kürd silahlılarının ciddi təzyiqi ilə üzləşən İŞİD Suriya və İraqın şimalındakı bir sıra istinad məntəqələrini itirib. Terror təşkilatı bu il ərzində Suriya-Türkiyə sərhədindəki Tel Abyad qəsəbəsini, İraqın Tikrit şəhərini və Beyci neft yataqları bölgəsini tərk edib.

İŞİD bundan başqa Suriyadakı paytaxtı elan etdiyi Rakka şəhəri ilə İraqın Mosul şəhəri arasındakı magistral yolu da əldən verib. Bəzi yerlərdə mövqelərini itirən İŞİD müəyyən sahələri də ələ keçirməyi bacarıb.

Düşüncə mərkəzinin məlumatında qeyd edilir ki, 2015-ci il ərzində İŞİD-in hakimiyyəti altında olan ərazilər 12 min 800 kvadrat kilometr azalıb və hazırda 78 min kvadrat kilometr civarındadır. Mərkəzin ekspertlərindən olan Kolumb Strak deyib ki, İŞİD-in hazırda seçdiyi taktika daha az itkiyə hesablanıb: “Onlar ciddi təzyiqlə üzləşdikləri yerlərdə çox da müqavimət göstərmirlər və geri çəkilirlər. Əvəzində isə tamamilə başqa istiqamətdən hücuma keçərək yeni mövqelərə sahiblənirlər”.

“IHS Janes”in hesabatında qeyd olunan digər məqam terrorçuların ələ keçirdikləri yeni şəhərlərlə bağlıdır. Belə ki, bu il terror təşkilatı Suriyanın Palmira şəhərini, İraqın ən böyük əyaləti olan Ənbarın paytaxtı Ramadini tutub.

Maraqlıdır ki, İŞİD-lə mübarizəyə cəlb edilmiş kürd silahlılarının da nəzarət etdiyi ərazi sürətlə böyüyür. Bu il ərzində kürd silahlılarının nəzarətindəki torpaqlar 2 dəfəyə yaxın (186 faiz) artıb.

Hesabatda yer alan digər məqam İraqın və Suriyanın mərkəzi hakimiyyətlərinin nəzarət etdikləri ərazilərlə bağlıdır. Belə ki, bu il İraq hakimiyyəti altındakı torpaqların sahəsi 6 faiz artarkən, rəsmi Dəməşqin nəzarətindəki ərazilər 16 faiz azalıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR