17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
TÜRKİYƏDƏ 3 KÜRD QADIN "SİYASƏTÇİ" ÖLDÜRÜLÜB
Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda bazar ertəsi axşamı üç kürd qadın siyasətçinin öldürüldüyü bildirilir.
"EMTV.az" xəbər verir ki,HDP Şırnak Millət Vəkili Fərhat Encü, çərşənbə axşamı Twitter hesabında öldürülən qadınların Demokratik Regionlar Partiyası (DBP) Məclis üzvü Seve Demir, Azad Qadın Konqresi (KJA) üzvü Fatma Uyar və Silopi Xalq Məclisi həmsədri Pakize Nayır olduğunu bildirib.
DBP açıqlamasında ölənlərin kimliyini təsdiqləyib.
Siyasətçilərin, Karşıyaka məhəlləsindən Yeşilyurt məhəlləsinə keçmək istəyərkən öldürüldükləri bildirilib. Hadisə vaxtı şəxsiyyəti müəyyən edilməyən bir kişi də həyatını itirib.
Seve Demir Diyarbakır həbsxanasında 4,5 il həbsdə qalıb. Demir, 2012-ci ilin sentyabr ayında 68 gün davam edən müddətsiz aclıq aksiyasına qoşulan şəxslərdən biri olub və 2014-ci ildə azad olduqdan sonra DTK, HDP və DBP -də müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Şırnakın Cizrə rayonunda küçəyə çıxma qadağası hələ də davam edir. Rayonun Karşıyaka, Barbaros, Sünbül, Nuh məhəllələrində yaşayanların son bir neçə gündür təhlükəsizlik qüvvələri tərəfindən başqa məhəllələrə köçürüldüyü bildirilir.
HDP Şırnak millət vəkili Aycan İrmez, öldürülən üç qadın siyasətçinin də məhəllələrdə, insanların arasında olduğunu, bölgə əhalisilə tez-tez ünsiyyət yaratdığını deyib.
Yanvarın 1-də Şırnağın Cizrə qəsəbəsində də aparılmış əməliyyat zamanı bir polis həyatını itirib, 5 nəfərsə yaralanıb.
Müxtəlif vaxtlarda elan edilməklə təxminən 240 günə yaxındır ki, Türkiyədə özünü-idarə elan etmiş, kürdlərin yaşadığı 7 şəhərin 18 qəsəbəsində küçəyə çıxmaq qadağası qoyulub. Qadağa şiddətli qarşıdurma və etiraz aksiyaları ilə müşahidə edilir .