17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ULU ÖNDƏR AZƏRBAYCANI BƏLALARDAN QURTARIB
Ulu öndər Heydər Əliyevin ölkənin ictimai-siyasi, iqtisadi cəhətdən ağır və mürəkkəb dövründə nümayiş etdirdiyi cəsarəti, siyasi müdrikliyi, uzaqgörənliyi sayəsində taleyüklü qərarlar qəbul olunub, siyasi-iqtisadi sabitlik bərqərar edilib, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub.
"EMTV.az" Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsinə istinadən xəbər verir ki, bu fikirlər ali təhsil ocağının nəzdindəki Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan” mövzusuna həsr olunmuş növbəti - 205-ci lektoriyasında səsləndirilib.
Məşğələni giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov dünya şöhrətli siyasi xadimin doğma Azərbaycana göstərdiyi əvəzolunmaz xidmətlərindən bəhs edib.
Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Zəhmət Şahverdiyev “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” adlı məruzəsində bildirib ki, Heydər Əliyevin ölkəyə ilk rəhbərliyi dövründə Azərbaycan sürətlə inkişaf edərək 13 il ərzində keçmiş Sovet İttifaqında ən qabaqcıl yerlərə yüksəlib. Məhz həmin illərdə müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının inkişafı prosesi sürətlə gedib. Azərbaycan mədəniyyət, incəsənət sahələrində də öz sözünü deyib.
Qeyd olunub ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik təmin edilib, vətəndaş müharibəsinin qarşısı alınıb, qeyri-qanuni silahlı birləşmələr tərksilah olunub və milli dövlətçiliyin əsasları qoyulub. Bu gün Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır.