17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞ SƏFİRİ ƏDLİYYƏ NAZİRLİYİNDƏ OLDU
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
"EMTV.az" Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin müxtəlif sahələri əhatə etdiyini, dövlət başçısı cənab İlham Əliyevin ötən ay ABŞ-a səfərinin əməkdaşlığımızın inkişafında qarşılıqlı marağın təzahürü olduğunu vurğulayıb, hüquqi sahədə əlaqələri, o cümlədən ABŞ-ın ölkəmizdəki səfirliyinin xidmətlərini qeyd edib.
R.Sekuta Azərbaycan Prezidentinin ABŞ-a çox müsbət nəticələrlə yadda qalan səfərinin və keçirdiyi yüksək səviyyəli görüşlərin ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açdığını vurğulayaraq mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycanın əhəmiyyətini qeyd edib.
Görüşdə dünyada aktual olan ədalət mühakiməsinin effektivliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi, korrupsiyaya qarşı mübarizə məsələlərinə, habelə hüquq təsisatlarının inkişafı və digər mövzulara dair faydalı fikir mübadiləsi aparılıb, Azərbaycanda bu sahədə həyata keçirilən islahatlara maraq göstərilib.
Söhbət zamanı ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə aparılan və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edən islahatlar, o cümlədən məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və digər əldə edilmiş nailiyyətlər barədə məlumat verilib.
Səfir bu sahədə irəliləyişlərin əldə olunmasında Azərbaycan hökumətinin səylərini alqışlayıb, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə dair niyyətini ifadə edib, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.