SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İSTANBULDA MƏHKƏMƏLƏRLƏ BAĞLI TOPLANTI KEÇİRİLİB

25-12-2015, 13:35 | Oxunub: 7 158 |

İSTANBULDA MƏHKƏMƏLƏRLƏ BAĞLI TOPLANTI KEÇİRİLİB
İstanbulda türkdilli ölkələrin Məhkəmə-Hüquq şuralarının toplantısı keçirilib.

"EMTV.az" xəbər verir ki, Ali Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan nümayəndələr iştirak ediblər.

Toplantıda Azərbaycanın Ali Məhkəməsinin sədri Ramiz Rzayev çıxış edərək ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar, xüsusilə son dövrlər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülmüş mütərəqqi tədbirlər barədə ətraflı məlumat verib. R.Rzayev, həmçinin məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının potensialının daha da artırılmasına, məhkəmə islahatlarının əsas istiqamətverici qüvvəsi kimi onun səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı görülən işlərdən də danışıb.

Ali Məhkəmənin sədri ölkəmizdə məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görüldüyünü, ictimai iştirakçılıq və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın genişləndirildiyini bildirərək bunun üçün Azərbaycan Prezidentinin ötən il imzaladığı “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamın əhəmiyyətini vurğulayıb. Bildirib ki, artıq sınaq rejimində istifadəsinə başlanılan “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqi nəticəsində insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət edəcək, məhkəmə prosesləri, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinetə” malik olacaqlar. Nəticə etibarilə məhkəməyə müraciət imkanları daha da genişlənəcək, süründürməçilik və sui-istifadə hallarının qarşısı alınacaq, şəffaflıq və operativlik təmin ediləcək. Həmçinin sistem vasitəsilə hakimin işinin səmərəliliyi də yoxlanılacaq.

Qeyd olunub ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə məhkəmə fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinə əlavə təminatların müəyyənləşdirilməsi üzrə davamlı islahatların həyata keçirilməsi dövlətimizin bu sahədəki siyasətinin əsasını təşkil edir.

Toplantı iştirakçıları öz ölkələrinin müvafiq qurumlarının təşkili, fəaliyyəti və səlahiyyətləri barədə məlumat verib, qanunvericilikdən və onun tətbiqi təcrübəsindən irəli gələn problemləri müzakirə edib, ortaq inkişaf hədəfləri barədə fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR