SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın Konstitusiya Məhkəməsi ilə Türkiyənin Ali Məhkəməsi arasında əməkdaşlıq sürətlə inkişaf edir

19-04-2016, 18:50 | Oxunub: 11 474 |

Azərbaycanın Konstitusiya Məhkəməsi ilə Türkiyənin Ali Məhkəməsi arasında əməkdaşlıq sürətlə inkişaf edir
Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisidir.

EMTV xəbər verir ki, bu fikir ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi və tərkibinə Türkiyə Ali Məhkəməsinin baş prokuroru Mehmet Akarcanın, Türkiyə Ədliyyə Akademiyasının rektoru Yılmaz Akçilin də daxil olduğu nümayəndə heyəti ilə aprelin 19-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində keçirilən görüşdə səslənib.

Nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə konstitusiya nəzarəti orqanının tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri, həmçinin Plenum tərəfindən qəbul olunan qərarlar barədə qonaqlara ətraflı məlumat verib.

Türkiyəyə səfərləri və müxtəlif tədbirlər çərçivəsində keçirdiyi məhsuldar görüşləri xatırladan Konstitusiya Məhkəməsinin sədri qardaş ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini məmnunluqla söyləyib. Sədr bu əlaqələrin genişləndirilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini, dövlət və hökumət başçılarının müntəzəm qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğulayıb.

Fərhad Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Türkiyənin yüksək məhkəmə orqanları ilə həm ikitərəfli qaydada, həm də üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. Bu səfərin ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində əlaqələrin genişləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edən Konstitusiya Məhkəməsinin sədri Azərbaycanın və Türkiyənin Konstitusiya məhkəmələri arasında əməkdaşlıq memorandumunun imzalanmasının əhəmiyyətini yüksək qiymətləndirib.

Konstitusiya Məhkəməsinin sədri son dövrdə dünyada bir sıra böhranların yaşanmasına, beynəlxalq arenada gərginliyin müşahidə edilməsinə baxmayaraq, Azərbaycanın və Türkiyənin dostluq və qardaşlıq əlaqələrini sürətlə inkişaf etdirərək hər zaman bir-birinin yanında olduğunu söyləyərək, Prezident İlham Əliyevin qardaş ölkəyə çox uğurlu və səmərəli səfərlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə aprelin əvvəllərində qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələrinin Silahlı Qüvvələrimizin cəbhəboyu mövqelərini atəşə tutmaqla beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı cinayətlər törətməsi, həmçinin hərbçilərimizin erməni təxribatının qarşısını qətiyyətlə alması qonaqların diqqətinə çatdırılıb. Türkiyənin həmişəki kimi, bu məsələdə də Azərbaycanın yanında olmasının türk dünyasında böyük ruh yüksəkliyi yaratdığı vurğulanıb.

Nümayəndə heyətinin rəhbəri İsmail Rüştü Cirit Türkiyə Ali Məhkəməsinin fəaliyyəti barədə danışıb, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini bildirib. İsmail Rüştü Cirit rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladıb. O, dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğunu və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini məmnunluqla qeyd edib.

Türkiyə Ali Məhkəməsinin sədri bir müddət əvvəl Qarabağda qoşunların təmas xəttində Ermənistanın təxribatının qarşısının alınmasında yüksək rəşadət göstərən Azərbaycan Ordusunun zəfərləri münasibətilə təbriklərini çatdırıb, şəhid olan hərbçilərimizlə əlaqədar başsağlığı verib. O, bu münaqişənin həllində Türkiyənin dəstəyini bir daha ifadə edib.

Xalqlarımızın qəlbən bir-birinə bağlı olduğunu, dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyən İsmail Rüştü Cirit Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyəyə uğurlu səfərini və dövlət başçılarının keçirdiyi ikitərəfli səmimi görüşü xatırladıb. O, rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı ölkəmizin hərtərəfli tərəqqisinin, o cümlədən məhkəmə-hüquq sistemində qazandığı nailiyyətlərin şahidi olduğunu vurğulayıb. Qonaqlar ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlara böyük maraq göstərərək qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi arzusunda olduqlarını söyləyib, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd ediblər.

İsmail Rüştü Cirit səfərin Azərbaycanın Konstitusiya Məhkəməsi ilə Türkiyənin Ali Məhkəməsi arasında əməkdaşlığın dərinləşməsinə, məhkəmə-hüquq sahəsində münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra hüquqi məsələlər müzakirə edilib, faydalı fikir mübadiləsi aparılıb.

Sonda nümayəndə heyətinin üzvləri Konstitusiya Məhkəməsinin inzibati binası ilə tanış olublar.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun da iştirak edib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR